Previous Next
Bağla

Azərbaycanı internetsiz qoyan Amerika olub ?

30-08-2019 10:07
Azərbaycanı internetsiz qoyan Amerika olub ?

Birləşmiş Ştatlar rəsmi Tehranın Fars körfəzində tankerlərə hücum etməsinin qarşısını almaq məqsədilə İrana kiber hücum təşkil edib. 

Xeberler.az bildirir ki, belə bir iddia ilə “The New York Times” qəzeti çıxış edib. Nəşrin iddiasına əsasən, amerikalı hakerlərin hədəfi İranın İslam İnqilabı Keşikçiləri Korpusu olub.

Məlumata görə, Amerika tərəfi İranın raket buraxılış sistemlərinin işini müvəqqəti iflic edə bilib. Tehran indiyədək kiber hücumun nəticələrini aradan qaldıra bilməyib və hərbi birliklər arasında əlaqə bərpa olunmayıb. Mövcud iddia İranla qonşu ölkələr tərəfindən böyük maraqla qarşılanıb. İnternet sisteminə müdaxilə Azərbaycanın bundan hər hansı təsirlənəcəyi ilə bağlı iddialara ortaya atıb. Çünki Azərbaycan İranı internetlə təmin edən ölkələrdən biridir. 

Mövzu ilə bağlı Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz açıqlama verib. ABŞ-ın İrana kiber hücumları zamanı Azərbaycanın hər hansı ziyan görmək ehtimalını dəqiqləşdirdik. Ekspert açıqlamasında kiber hücumların Azərbayacan qismən təsir edəcəyini bildirsə də, bütövlükdə internet sitemini sıradan çıxarmaq imkanlarının olmadığını vurğuladı: “Düşünürəm ki, belə bir hal ola bilməz. Çünki Azərbaycanın iki internet "bakraund" provayderi mövcuddur: “Delta-Telekom” və “Azərtelekom”. Onların hər ikisi müxtəlif və bir neçə istiqamətdən trafik alırlar. Məsələn, “Delta-Telekom” vasitəsilə "Rostelecom”, Bolqarıstan, Avropa və Gürcüstan tərəfindən Azərbaycana internet daxil olur. Həmin alternativlik “Azərtelekom”da da var. Yəni bir xətdə nəsə problem olarsa, digəri ilə internet paylaşılır. Bu səbəbdən ölkəmiz üçün təhlükə mövcud deyil.

Lakin məsələnin digər tərəfi var ki, biz, internet satdığımız ölkələrdə bu problemi yaşaya bilərik. Provayderlərimizin İran, İraqa və digər ölkələrə satdığı internetdə problem yarana bilər. Bu da həmin ölkəyə ABŞ və digərlərinin etdiyi kiber hücum və digər müdaxilələrlə əlaqədardır. Həmçinin bizimlə düşmən olan ölkələr də bu istiqamətdə hər hansı cəhd göstərə bilərlər. Lakin bütövlükdə Azərbaycanın internet sistemini sıradan çıxarmaq istisnadır, çünki bizdə alternativlik mövcuddur”.

İnternet və İT sahəsi üzrə ekspert əlavə etdi ki, hər hansı ölkənin internet sisteminə müdaxilə gözlənilməz üsullarla da mümkündür. “Bunun formaları müxtəlifdir. Uzun müddət öncə ABŞ yaddaş kartı vasitəsilə İranın atom enerjisi üzrə fəaliyyətində problem yarada bilmişdi. Nüvə istehsalı üzrə zavodlarda istifadə edilən yaddaş kartı vasitəsilə virus yayılmış və şəbəkə ilə problem yaradılmışdı. İnternet olsa da, olmasa da, müdaxilə istənilən halda mümkündür. Burda birbaşa insan faktoru da ola bilər”,-deyə Osman Gündüz əlavə edib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azərbaycan yenidən internet kəsintisi ilə üzləşə bilərmi? - VİDEO

18-11-2015

SEPAH: İranda beynəlxalq internet bərpa olunacaq

13-05-2026

Ekspert:Nə üçün kiber hücum öncədən nəzərə alınmayıb?

15-09-2022

İran Fars körfəzi ölkələrinin "Starlink" stansiyalarına hücum etməyə hazırdır

01-04-2026

Delta Telekom-a edilən kiber hücum təsadüfdür, yoxsa ciddi xəbərdarlıq?

22-08-2025

Dövlət Xidmətindən İcbari Sığorta Bürosuna kiberhücumla bağlı açıqlama

20-06-2022

Ekspert: Microsoftun son qərarı istifadəçilərdə anlaşılmazlıq yarada bilər

15-01-2020

İnternet tarifləri aşağı salınacaqmı?

05-07-2019

Azərbaycanın ikinci backbone provayderi Azərtelekom alternativlər təklif edir

16-11-2015

İranda internet məhdudiyyətlərinin səbəbi açıqlanıb

27-04-2026

Çin dəstəkli hakerlər ABŞ-da 200-dək şirkətə hücum edib

28-08-2025

Kiberhücumun ünvanı – texniki sübut, yoxsa siyasi şübhə? - Ekspertdən açıqlama

03-05-2025

Delta Telecom internetlə bağlı yaranmış problemə aydınlıq gətirib

04-08-2016

"Delta Telekom"a qarşı DDoS tipli kiberhücum həyata keçirilib

21-08-2025

Telegram-ın 15 milyon istifadəçisinin məlumatı oğurlandı

03-08-2016

Qiymətlərin kəskin düşməsi internetin keyfiyyətinə təsir edəcək?

10-05-2019

WhatsApp-ın zəng funksiyası qismən bərpa olunub

17-11-2015

Bu il şirkətlərə qarşı kiber-hücumların sayı iki qat artıb

25-12-2015

Azərbaycanda internet məhdudiyyəti ləğv olunub? Rəsmi açıqlama

20-10-2020

İran sərhəd regionunda Azərbaycan radioməkanını zəbt edib-Ekspert

02-11-2022

İlqar Musayev: "Azərbaycana çoxlu sayda kiberhücum olur, lakin hamısını açıqlaya bilmirik"

25-09-2024

Respublika ərazisində yaranan internet probleminin səbəbi açıqlanıb

22-04-2020

“Azəricard”da nə baş verib?

07-01-2024

"Amazon"un məlumat mərkəzinə zərbə endirilib

05-03-2026





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə