Azərbaycanda «iPhone 12»lərin qiyməti məlum olub

02-11-2020 / 13:04

Azərbaycanda «Apple» şirkətinin təqdim etdiyi yeni smartfonların - «iPhone 12»lərin qiyməti açıqlanıb.

Xeberler.az bildirir ki, «Kontakt Home» elektronika mağazaları şəbəkəsi artıq Kupertino şirkətinin yeni məhsullarının satışına noyabrın 12-dən start verəcək.

Elan edilən qiymətlərə görə, «iPhone 12»lərin qiymətləri 2400-3900 manat arasında dəyişir.

Ən ucuz varinat 64GB-lıq «iPhone 12»dir. Onün müxtəlif rəngli variantları 2400 manatdır.

«iPhone 12 128GB»lar 2550 manat, «iPhone 12 256GB»lar 2850 manatdır. 

«iPhone 12 Pro»-ların qiyməti 3000 manatdan başlayır. Belə ki, «iPhone 12 Pro 128GB»lar 3000 manata, «iPhone 12 Pro 256GB»lar 3300 manata, «iPhone 12 Pro 512GB»lar isə 3900 manata təklif olunur.

Müqayisə üçün bildirək ki, «Apple»nin bundan əvvəlki məhsulu olan «iPhone 11»lərin qiyməti 1960-3400 manat arasındadır.

Belə ki, «iPhone 11 64GB» 1960 manata, «iPhone 11 128GB» 2080 manata,

«iPhone 11 Pro 64 GB»lar 2600 manata, «iPhone 11 Pro 256 GB» 3100 manata

«iPhone 11 Pro Max 64GB»lar 3000 manata,

«iPhone 11 Pro Max 256GB»lar 3400 manata satılır.  


ŞƏRHLƏR






sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.