“Azərbaycanda bizimlə əməkdaşlıq edənlərin sayı artır”

04-03-2017 / 11:43

Məlumat verdiyimiz kimi, ötən il İlham Əliyevin Kaspersky Lab şirkətinin sahibi və icraçı direktoru ilə görüşüb.

Belə ki, Münxendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Kaspersky Lab şirkətinin sahibi və icraçı direktoru Yevgeni Kasperski ilə görüşü olub.

Xeberler.az-ın məlumatına görə, dünən Bakıda keçirilən “Security Day” tədbirində şirkətin Azərbaycan üzrə nümayəndəliyinin rəhbəri Müşfiq Məmmədov bu barədə ətraflı məlumat verib.

Görüşün Azərbaycan ilə müəyyən sahələrdə uğurla əməkdaşlığı barədə fikir mübadiləsi aparılmasından ibarət olduğunu deyən Müşfiq Məmmədov şirkətin ölkəmizlə əməkdaşlığını genişləndirmək niyyətində olduğunu bildirib.

Onun sözlərinə görə, görüş zamanı Azərbaycan ilə əlaqələrin daha da genişləndirilməsinin vacibliyi, sənaye və iqtisadiyyatın digər sahələrdəki proseslərin təhlükəsizliyinin təmin edilməsinə dair məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Şirkət rəsmisi Prezident İlham Əliyevin kibertəhlükəsizlik sahəsinə böyük önəm verdiyini vurğulayıb.

O qeyd edib ki, Azərbaycanda həm özəl, həm də dövlət sektorunun Kaspersky Lab ilə əməkdaşlığı genişlənir, şirkətin məhsullarından istifadə edənlərin sayı artır.

Məltəm Talıbzadə

 


ŞƏRHLƏR






sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.