Previous Next
Bağla

Kaspersky Amerika məhkəməsinə şikayət edəcək-Rəsmi

21-12-2017 16:20
Kaspersky Amerika məhkəməsinə şikayət edəcək-Rəsmi

Kaspersky Lab  ABŞ Daxili Təhlükəsizlik Nazirliyinin (Department of Homeland Security – DHS) şirkətin məhsullarının amerikan dövlət orqanlarında istifadəsinin qadağan olunması ilə bağlı qərarından Amerika məhkəməsinə şikayət edəcək.

KİV-də yayılan anonim və təsdiqini tapmamış məlumatlar şirkətin ünvanına çıxarılmış şayiə və böhtanlar əsasında çıxarılmış 17-01 saylı müvafiq qərar həm Kaspersky Lab-ın nüfuzuna xələl gətirib, həm də şirkətin bu bazardakı biznesinə təsir edib.

Xeberler.az bildirir ki, bu barədə şirkət rəsmi məlumat yayıb.

Qeyd edilib ki, şirkət öz maraqlarını məhkəmədə inzibati qərarların qəbulu ilə bağlı federal qanun çərçivəsində müdafiə etməyə qərar verib. Bu qanun ABŞ-ın federal qurumları tərəfindən müxtəlif inzibati normalar və standartların təklif və təsdiq edilməsi prosedurlarını tənzimləyir.

Kaspersky Lab şirkəti əmindir ki, 17-01 saylı qanunun qəbulu zamanı nəzərdə tutulmuş prosedurlara əməl edilməyib. Xüsusən də, Daxili Təhlükəsizlik Nazirliyi bu konstitusiyadan kənar hökmündə yoxlanılmamış, subyektiv və qeyri-texniki mənbələrə (KİV-də nəşrlər, şayiələr və  əsassız məlumatlara) əsaslanıb. Bundan başqa, qurum şirkətə qanun çərçivəsində öz mövqeyini bildirmək və ünvanına yönəlmiş böhtanları inkar etmək imkanı verməyib. Həmçinin, nazirlik Kaspersky Lab tərəfindən hər hansı bir qanun pozuntusunu təsdiqləyən sübutlar təqdim edə bilməyib.

Kaspersky Lab bu işdə DHS-lə əməkdaşlığa hazır olduğunu bildirib. Belə ki, şəffaflıq prinsiplərinə sadiqliyinin əlaməti olaraq, texnologiya və xidmətlərin təhlükəsiz və məsuliyyətlə hazırlanması, kibertəhlükələrlə mübarizə məqsədilə hökumət orqanları və İT-təhlükəsizliyi sahəsi ilə səmərəli iş birliyinin təsdiqi olaraq, şirkət iyul ayında nazirliyə istənilən məhsul, fəaliyyəti və şirkətin özü haqqında məlumatları paylaşmağa hazır olduğunu bildirən məktub ünvanlayıb. Daxili Təhlükəsizlik Nazirliyi avqust ayında məktubu aldığını, şirkətin açıq şəkildə əməkdaşlıq niyyətini yüksək qiymətləndirdiyini və dialoqa açıq olduqlarını bildirib. Lakin, DHS-in növbəti addımı şirkətə 13 sentyabr 2017-ci il tarixli qərar barədə məlumat vermək olub.

ABŞ Daxili Təhlükəsizlik Nazirliyinin qərarı Kaspersky Lab şirkətinin yalnız İT-təhlükəsizliyi sahəsində nüfuzuna və ABŞ bazarındakı biznesinə xələl gətirməklə yanaşı, şirkətin üzərində qurulduğu fundamental prinsipləri – məqsəd və mənşəyindən asılı olmayaraq kibertəhlükələrə qarşı çıxmaqla müştərilərini qorumaq – sual altında qoyur. Kaspersky Lab məhkəməyə bu müraciəti ilə ABŞ konstitusiyası və qüvvədə olan federal qanunvericilik çərçivəsində lazımi inzibati prosedurlara əməl olunması haqqının bərpa olunacağına və eyni zamanda, şirkətin kommersiya fəaliyyətinə, onun ABŞ-da fəaliyyət göstərən işçilərinə və amerikalı biznes tərəfdaşlarına dəyən zərərin kompensasiya ediləcəyinə ümidlidir.

“Şirkətimin üzərinə atılan böhtanları təkzib etmək üçün ədalətli şərait yaradılmadı. Eyni zamanda, biz DHS-nin bu fəaliyyətinə haqq qazandıracaq heç bir texniki sübut görməmişik, buna görə də indiki vəziyyətdə şirkətin nüfuzunu və maraqlarını qorumalıyıq. DHS-nin qərarından asılı olmayaraq, biz əhəmiyyətli hesab etdiyimiz işlə məşğul olmağa davam edəcəyik”, - deyə Kaspersky Lab şirkətinin baş direktoru Yevgeni Kasperski bildirib.

Xeberler.az

 

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Daha bir ölkə Kaspersky məhsullarını qadağan etdi

22-12-2017

Rusiya İT şirkəti ABŞ-ı məhkəməyə verdi

19-12-2017

Kaspersky Lab Azərbaycanla bağlı təqdimat keçirəcək

15-10-2019

ABŞ-da Kaspersky-dən istifadə qadağan edildi

13-12-2017

Kaspersky Lab Bakıda tədbir keçirəcək

28-02-2017

Kaspersky Lab və İnterpol birgə əməkdaşlığa davam edir

11-07-2019

İstifadəçi məlumatların emalı mərkəzi yaradılır

15-05-2018

Kasperski Lab top 100-lüyə daxil olub

29-09-2009

Kaspersky Lab şirkəti Kaspersky Security xəttini tamamlayıb

01-08-2019

“Azərbaycanda bizimlə əməkdaşlıq edənlərin sayı artır”

04-03-2017

İT şirkətlər azərbaycanlı istifadəçiləri kiberhücumlardan qoruyacaq

02-08-2017

İlham Əliyev Kaspersky Lab şirkətinin icraçı direktoru ilə görüşüb

13-02-2016

Kaspersky Lab startap layihələrinə 1 milyon dollar yatırım edəcək

12-05-2016

Kaspersky Lab məhsullarında boşluq tapan 50 min dollar qazanacaq

03-08-2016

Kaspersky Lab Sürixdə ilk şəffaflıq mərkəzini açıb

16-11-2018

Kaspersky Lab Madriddə Şəffaflıq Mərkəzi açır

04-04-2019

Azərbaycan biznesinə qarşı kibertəhlükələr iki dəfə artıb

20-07-2016

Kaspersky Lab-ın baş direktoru Bakıda olub

06-07-2017

Şirkətlərə kiberhücumlardan dəyən zərərin məbləği açıqlanıb

20-09-2016

Kaspersky Lab şirkətlərə kibertəhlükəsizliklə bağlı yardım edəcək

19-05-2016

Kaspersky Lab Azərbaycanda 2018-ci ilin əsas kibertəhdidlərini müəyyənləşdirib

24-01-2019

Kaspersky Lab-dən 10 min dollar qazanmaq imkanı- Müsabiqə

11-08-2016

Kaspersky Lab Siemens avadanlığında boşluq tapıb

01-07-2016

Kaspersky Lab yeni brendinq və loqosunu təqdim etdi

07-06-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə