“Azərbaycanda elm və texnologiya üzrə Ali Şura yaradılmalıdır”

21-12-2016 / 12:24

“Azərbaycanda elm və texnologiya üzrə Ali Şura yaradılmalıdır" 

Xeberler.az məlumat verir ki, belə bir təkliflə Azərbaycanda Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Akif Əlizadə çıxış edib.

Onun sözlərinə görə, Ali Şuranın qərarı bütün elmi təşkilatlar üçün icbari xarakter daşımalıdır:

"Şuranın tərkibində AMEA, təhsil, biznes, patent və gənc alimlərin nümayəndələri olmalıdır. "Elm haqqında" qanunun əsas vəzifələrdən biri də tədqiqat universitetinin statusunun müəyyənləşdirilməsidir. Elm və təhsil sahəsində mühüm məqamlardan biri də elmin koordinasiyasıdır. Çünki bu istiqamətdə vəziyyət qənaətbəxş deyil. Elmi araşdırmalarda təkrarçılıq, dünya elmində səsləşməyən problemlərin mövcudluğu var. Bununla bağlı müvafiq təkliflərin hazırlanması olduqca vacibdir”.

A.Əlizadə bildirib ki, hazırda AMEA-da tədqiqat universitetlərinə qoyulan tələblərin, standartların müəyyənləşdirilməsi üçün xüsusi komissiya fəaliyyət göstərir:

"Bu sahədə mühüm məqamlardan biri də elmi fəaliyyətin akkreditasiyasının yaradılmasıdır. Bununla bağlı müvafiq mexanizmlər hazırlanır. Məqsəd dünya standartlarının Azərbaycan elmində tətbiq olunmasıdır".  (Report)

 

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə