Azərbaycanda ilk kriptovalyuta yaradılıb

23-10-2017 / 11:15

Məlum olduğu kimi, hazırda kriptovalyuta bazarı qlobal həcmdə böyüməyə davam edir. 

Ölkəmizdə də blockchain texnologiyalarına əsaslanan regional desentralizasiya edilmiş valyuta olan Azercoin yaradılıb.

Bu barədə Xeberler.az-a Azercoin-dən məlumat verilib.

 Azercoin necə işləyir, üstünlükləri nələrdir?

Azercoin birinci dərəcə səviyyəsinə aid elektron valyuta kateqoriyasına daxildir.

Bu istənilən istifadəçiyə onun dünyanın hansı nöqtəsində olmasından asılı olmayaraq, demək olar ki, həmin saniyədə ödənişləri qəbul etmək və ödənişləri həyata keçirmək imkanı yaradır.

Başqa sözlə, bu, açıq çıxış kodu olan regional səviyyəli ödənişlər şəbəkəsidir. Şəbəkə tam olaraq desentralizasiya edilib, bu da ona daha mobil olmaq imkanı yaradır. Şəbəkədə bu sahədə həyata keçirilməsi üçün yığılmış bir çox işlər nəzərdə tutulub və optimallaşdırma aparılıb. Bu tranzaksiyaların təsdiqlənməsinə sərf olunan vaxtı azaltmaq, saxlama şəraitini yaxşılaşdırmaq, əməliyyatların aparılması ilə əlaqədar riskləri istisna etmək imkanı yaradır.

İlk virtual sikkələrini əldə etmək üçün mayninq üçün əlavə quraşdırmaq kifayətdir. O, Linux Windows platformları üçün buraxılır. 

Azercoin sosial şəbəkələr və tematik forumlar sayəsində ümumi işə daha da çox iştirakçı cəlb edərək, populyarlıq qazanır. Bütün vaxt ərzində nə az, nə çox - 21 000 000 Azercoin yaradılacaq. Yaradılmış blok üçün sistemdə iştirak edən maynerlər sikkələrlə mükafatlandırılacaqlar. Hazırda mükafat 50 sikkədir. Prosesə artıq on minlərlə istifadəçi cəlb olunub.

Azercoin MIT / X11 lisenziyası tərəfindən qorunan açıq tipli proqram kodu istifadə edilən proqram layihə kimi təqdim olunur. Bütün proqram təminatı açıq formadadır.

Azercoin üçün istifadə olunan blockchain texnogiyası həmin bitkoinlə müqayisədə daha çox uyuşqanlığı ilə fərqlənir.

Bu onu göstərir ki, "Azercoin Blockchain" bu zaman sistemin təhlükəsiliyini və məhsuldarlığını qoruyaraq, daha çox həcmdə tranzaksiyalarla işləyir. Burada blok zəncirinin generasiya tezliyi daha yüksəkdir və bunun sayəsində proqram kodunda dəyişikliyin edilməsi nəzərdə tutulmadan şəbəkə dəfələrlə artıq tranzaksiya dəstəkləyir.

 Bu, ilk növbədə istifadəçilər üçün rahat olması ilə özünü göstərir: tranzaksiyaların təsdiqlənməsinə minimal vaxt sərfiyyatı. İstifadəçinin qorunması yüksək səviyyədə qalmaqda davam edir: siz vasitəçi xidmətlərindən azad edilirsiniz, məlumatlar blok zəncirlərinə paylanıb, onları saxtalaşdırmaq və ya məhv eləmək mümkün deyil.

Pul kisəsinin şifrələnməsi və onun yüksək səviyyədə qorunması da Azercoin-i fərqləndirən cəhətdir. İstifadə edilən texnologiyalar sayəsində tam təhlükəsiz şəkildə pul kisənizə daxil ola, balansı yoxlaya və əməliyyatlar apara bilrsiniz. Burada pul kisəsinə icazəsiz girişi demək olar ki, tam istisna edən çoxsaylı dərəcələrdən ibarət parol şifrələmə sistemindən istifadə edilir.

Bundan başqa, xaker hücumlarından, bütün mümkün viruslarlardan qorunma mövcuddur. İstənilən tranzaksiyaları həyata keçirməzdən öncə avtomatik olaraq pul kisəsinin işləmə qabiliyyəti yoxlanılır.

Bütün yuxarıda deyilənlərə yekun olaraq qeyd etmək olar ki, biz yaxın gələcəkdə hazırki oyunçularla real rəqabət apara biləcək daha bir müasir və inkişaf edən elektron valyuta ilə işləyirik. Valyutanın sürətli inkişafı, maynerlərin cəlb olunması, qarşıya qoyulmuş məsələlər nəzərə alındıqda, layihənin ciddiyyətinə şübhə yaranmır.

Yeni kriptovalyutanın işləməsi hələ indi yekunlaşıb və yaxın gələcəkdə artıq o, satış birjalarında istifadə ediləcək.

 Məltəm Talıbzadə


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə