Previous Next
Bağla

Azərbaycanda 35 min gizli maynerlik proqramları aşkarlanıb

21-11-2022 12:44
Azərbaycanda 35 min gizli maynerlik proqramları aşkarlanıb

Azərbaycanda 35 000 gizli maynerlik proqramları aşkarlanıb.

Bu barədə Xeberler.az-a Kaspersky şirkətindən məlumat verilib.

Bildirilir ki, bu ilin üçüncü rübündə Kaspersky-nin mütəxəssisləri kriptomədənçilərin (kriptomaynerlərin) 150 000-dən çox yeni modifikasiyasını aşkar ediblər. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə üç dəfə çoxdur.

Üçüncü rübdə maynerlər arasında ən populyar kriptovalyuta “Monero” (XMR) olub. O, gizli maynerlik üçün təhlil edilən proqram nümunələrinin təxminən yarısı (48 %) tərəfindan emal edilib. “Monero”, ondan istifadə vasitəsilə həyata keçirilən əməliyyat məlumatlarının anonim olması ilə tanınır, yəni pul kisəsinin ünvanlarını, məbləğlərini, balansını və əməliyyat tarixini müəyyən etmək mümkün deyil.

Pirat məzmun - filmlər, musiqi, oyunlar, müxtəlif proqramlar yayılan saytlarda maynerlərlə qarşılaşmaq mümkündür. Təcavüzkarlar həmçinin aradan qaldırılmamış zəifliklərdən istifadə edirlər. “Kaspersky”nin məlumatına görə, geniş məlum zəifliklərdən istifadə edən demək olar ki, hər altıncı hücumda mayner ilə yoluxmaya rast gəlinir. Əgər ilin birinci yarısında zəifliklərin köməyi ilə arxa qapılar və fidyə proqramları daha çox yayılmışdısa, üçüncü rübdə fidyə proqramları və mədənmaynerlər üstünlük təşkil edib.

Kaspersky irkətinin kibertəhlükəsizlik üzrə eksperti Andrey İvanov bildirib ki, troyan mayner, sahiblərinin xəbəri olmadan, yəni gizli şəkildə kriptovalyuta yaratmaq üçün kompüterlərin və ya smartfonların gücündən istifadə edən proqramdır: “Belə proqram uzun müddət cihazda qala bilər və müəyyən bir nöqtəyə qədər heç bir şəkildə özünü biruzə verməz. Eyni zamanda, maynerlik son dərəcə resurs tələb edən bir prosesdir. O, prosessor və video kartı əhəmiyyətli dərəcədə yükləyir və nəticədə kompüter yavaşlamağa başlayır. Əlavə yük enerji istehlakının artmasına və cihazın vaxtından əvvəl sıradan çıxmasına səbəb ola bilər. Payızda bu təhlükə aktual olaraq qalır".

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Kaspersky kriptovalyutalara qarşı 200 min fişinq hücumunun qarşısını alıb

28-06-2022

Kaspersky: Azərbaycanda hər onuncu cihazda zərərli internet proqram bloklanıb

04-06-2021

Kaspersky: Casus proqramları və zərərli skript hücumlarının sayı artıb

13-09-2021

Kaspersky Lab enerji sektorunun üzləşdiyi təhlükələri araşdırıb

11-10-2019

Azərbaycanda kriptovalyuta sahəsində fişinqin həcmi 3 dəfə artıb

13-04-2023

İnnovasiya həftəsi çərçivəsində Kaspersky Security Day keçirilib

28-10-2019

Cinayətkarların kriptovalyuta yığımı üçün yeni üsulu

14-12-2016

Şirkətlər xərcləri azaltmaq üçün pirat proqramlardan istifadə edir?-Sorğu

15-11-2022

Kaspersky Azərbaycanda Android istifadəçilərinə olunan hücümları araşdırıb

25-07-2022

Kaspersky tanınmış oyunlarda zərərli proqram aşkarlayıb

28-09-2021

Kriptoqraf troyanlar Azərbaycan istifadəçilərini də hədəfə alıb

23-09-2021

Kaspersky: Fidyəçi təcavüzkarlar biznesi hədəf alır

23-12-2021

Kaspersky dövlət orqanlarına qarşı casusluq edən zərərli proqramı aşkarlayıb

07-07-2022

Azərbaycan istifadəçilərinin üçdə ikisi kibertəhdidlərlə qarşılaşıb

17-07-2018

Kaspersky Lab : Azərbaycanda kiber hücumların sayı artıb

17-05-2018

Fidyə proqramlarının hücumları getdikcə daha da hiyləgərləşir

07-09-2022

“Kaspersky”: Potensial çitlərin 42 faizində təhlükə var

29-11-2019

Kaspersky rusdilli kiber cinayətkarlığın son beş ildə olan təkamülünü təhlil edib

29-10-2021

Bir milyon istifadəçi kompüteri təmizləyərkən kibertəhlükələrlə üzləşib

04-07-2019

Kaspersky: Asan qazanc təklif edən fırıldaqçı məktubların sayı 3 dəfə artıb

11-08-2021

Fidyəçilərin korporasiyalara hücumları: 2023-cü ildə nə dəyişəcək?

25-01-2023

“Kaspersky”: 2020-ci idə istifadəçilərə qarşı hücumların sayı artıb

08-05-2020

Kriptovalyuta sahibləri üçün əsas təhlükələr nələrdir?

17-02-2023

YouTube-da zərərli proqramlar ehtiva edən video peyda olub

19-09-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə