“Biz siyasi və iqtisadi islahatlar siyasəti həyata keçiririk. Azərbaycanda bütün fundamental azadlıqlar, o cümlədən media azadlığı təmin olunur".
Xeberler.az-ın məlumatına görə, bu barədə Berlində keçirilən Azərbaycan-Almaniya İqtisadi Forumunda çıxışı zamanı prezident İlham Əliyev bildirib.
Dövlət başçısı, həmçinin Azərbaycanda internetin azad olduğunu diqqətə çatdırıb:
"Bizdə internet azaddır, senzura yoxdur. Ölkə əhalisinin 75 faizdən çoxu internet istifadəçisidir, azad siyasi fəaliyyət, sərbəst toplaşma və din azadlığı. Bu il Azərbaycanda “Multikulturalizm ili” elan olunub və Azərbaycan müxtəlif dini və etnik qrupların nümayəndələrinin sülh şəraitində birgə yaşayışına yaxşı nümunədir".
Prezident qeyd edib ki, bizim böyük qaz ehtiyatlarımız var və vaxt keçdikcə yeni kəşfiyyat layihələri ilə biz mütləq bu göstəriciləri daha da artıracağıq. Lakin enerji amili bizim üçün artıq prioritet deyil.
İlham Əliyev bildirib ki, iqtisadiyyatı şaxələndirməklə əsas diqqəti qeyri-enerji sektoruna cəmləşdirmişik:
"Bu gün enerji amili ümumi daxili məhsulda cəmi 30 faizdən bir qədər artıq, gəlirlərimizdə yarıdan aşağıdır. Lakin bir nömrəli məsələ ixrac potensialımızın şaxələndirilməsidir və biz şəffaflıq, düzgün idarəetmə, ixracın stimullaşdırılması, investisiya mühitinin yaxşılaşdırılması ilə bağlı mühüm iqtisadi islahatların həyata keçirilməsini davam etdirmək üçün beynəlxalq maliyyə institutları ilə sıx şəkildə işləyirik".
Prezident vurğulayıb ki, ölkəmizdə Yüksək texnologiyalar - İKT sektoru kifayət qədər inkişaf edib:
"1995-ci ildən bəri Azərbaycana 200 milyard dollar investisiya yatırılıb, bunun yarısı xarici investisiyalardır. Bizim hazırda prioritet hesab etdiyimiz sahələr arasında kənd təsərrüfatı birinci yerdədir. Çünki əhalinin demək olar ki, yarısı kənd yerlərində yaşayır və bunun üçün yaxşı iqlim şəraiti mövcuddur. Yüksək texnologiyalar - İKT sektoru kifayət qədər inkişaf edib. Azərbaycan kosmik sənayesi olan ölkəyə çevrilib, iki peyki orbitə buraxıb və bu proses davam etdiriləcək"
Xeberler.az
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri