“Azərbaycanda internet-biznes: mövcud vəziyyət və inkişaf perspektivləri” konfransı keçirilib

04-07-2013 / 14:00

İyulun 4-də Bakıda Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin təşkilatçılığı və “Bakcell” şirkətinin baş sponsorluğu ilə “Azərbaycanda internet-biznes: mövcud vəziyyət və inkişaf perspektivləri” mövzusunda konfrans keçirilib.

Konfransı açan Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz tədbirin əsas məqsədinin ölkədə internet-biznesin, xüsusilə də milli “StartUp”ların mövcud vəziyyətini və inkişaf perspektivlərini müzakirə etməkdən və gələcək planları nəzərdən keçirməkdən ibarət olduğunu bildirib.

“Bakcell”in nümayəndəsi Mark Zirka qeyd etmişdir ki, “StartUp Azərbaycan” layihəsinin əsas məqsədi ölkədə İKT sektorunda investisiya mühitini yaxşılaşdırmaq, ən yaxşı internet və informasiya texnologiyaları layihələrini üzə çıxarmaq, innovativ ideyaların uğurlu biznes sahəsinə çevrilməsinə yardım etməkdir.

Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov deyib ki, Azərbaycanda innovasiya müəssisələrini inkişaf etdirmək üçün “StartUp” şirkətlərinə sərmayə qoyulmalıdır. İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu, texnoparklar və müxtəlif fondlar bu şirkətlərin inkişafına kömək göstərməlidirlər. Bu istiqamətdə yeni fəaliyyətə başlayan şirkətlər üçün vergi və gömrük güzəştləri nəzərdə tutulub.

Nazir deyib ki, bizneslə məşğul olan gənc sahibkarlara innovasiya xarakterli layihələrin həyata keçirməsi üçün də imkanlar yaradılmalıdır. İnnovasiya müəssisələrinin inkişafı növbəti 8-9 il ərzində Azərbaycan iqtisadiyyatının inkişafının əsas istiqamətidir.

Tədbirdə internet-biznesin inkişafını ləngidən problemlərin səbəbləri və onların aradan qaldırılması yolları ilə bağlı təkliflər verilib, müzakirələr aparılıb.

Konfransda “StartUp Azərbaycan” layihəsinin yekunları ilə bağlı təqdimatlar olub, müsabiqənin finalçıları elan olunub və onların investorlarla görüşləri təşkil edilib.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə