Previous Next
Bağla

Azərbaycanda İnternet biznesin inkişafı və startuplarla əlaqəli tədbirlər keçirilib

05-07-2013 11:15
Azərbaycanda İnternet biznesin inkişafı və startuplarla əlaqəli tədbirlər keçirilib

Startup Azərbaycan tərəfindən bir sıra tədbirlər keçirilib. Startup Azərbaycan layihəsinin cari ildəki fəaliyyəti ilə bağlı təqdimat olub, “Azərbaycanda İnternet biznes: mövcud vəziyyət və inkişaf perspektivləri” mövzusunda  konfrans  və uğurlu startupların investorlarla qapalı görüşü keçirilib.

Tədbirin açılış mərasimində Rabitə və İnformasiya Texnologiyaları naziri Əli Abbasov iştirak edib.

Azərbaycan İnternet Forumunun prezidenti , Startup Azərbaycan layihəsinin TK üzvü Osman Gündüz açılış nitqi ilə çıxış edib. O,  İnternet –biznes və milli startupların inkişafının indiki dövrdə Azərbaycan üçün aktual olduğunu  diqqətə çatdırıb. “İKT ili”  çərçivəsində bu tədbirin xüsusi əhəmiyyət kəsb etdiyini bildirib.

Startup Azərbaycan layihəsinin Baş sponsoru olan Bakcell şirkətinin rəsmisi Mark Zirka bu tip layihələrin ölkədə İT biznesin inkişafı üçün xüsusi əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb. O, layihə çərçivəsində keçirilən tədbirlərin, xüsusilə Müsabiqənin  startupların inkişafı üçün xeyli faydalı olduğunu bildirib. Bakcell olaraq belə tədbirlərin təşkilində həmişə maraqlı olduqlarını qeyd edib.

Startup Azərbaycan TK üzvü  Osman Gündüz Startup Azərbaycan layihəsinin cari ildəki yekunları haqqında təqdimat edib. Ötən dövrdə keçirilən tədbirlər haqqında məlumatlar verib. Layihənin kifayət qədər uğurlu olmasında dövlət dəstəyinin və Startup Azərbaycan ətrafında formalaşan Komandanın mühüm rolu oynadığını qeyd edib. O, layihənin davamlı olacağını diqqətə çatdırıb.

Sonra Startup Azərbaycan müsabiqəsinin finalçıları elan olunub, Ekspertlərin qiymətləndirməsi ilə 15 yarımfinalçı arasından 6 layihənin finala çıxdığı elan olunub.
Rabitə və İnformasiya texnologiyaları naziri Əli Abbasov finalçılara mükafatlar və diplomlar təqdim edib və onlara uğurlar arzulayıb.
Finalçılara Bakcell, İnfipro, SİNAM və Goldenpay şirkətlərinin hədiyyələri təqdim edilib.

Startup Azərbaycan müsabiqəsinə təqdim olunan layihələrin qiymətləndirilməsində iştirak edən ekspertlərə təşəkkürnamələr təqdim edilib.

Sonra nazir Əli Abbasov Azərbaycanda İnternet biznesin və milli startupların inkişafı ilə bağlı geniş nitq söyləyib. Bu sahədə mövcud vəziyyəti təhlil edib və hökumətin bu istiqamətdə həyata keçirəcəyi addımlardan söz açıb.

O, dövlət başçısı tərəfindən bu sahəyə xüsusi diqqət yetirildiyini, İT İnkişafı üzrə Dövlət Fondunun və Yüksək Texnologiyalar Texnoparkının yaradıldığını, yaxın 3 ildə  internetin inkişafına  450 milyon manat vəsait ayrılacağını diqqətə çatdırıb.
Nazir çıxışında, ölkədə milli startuplar ekosisteminin bütün parametrlərinin yaxın zamanda daha da inkişaf edəcəyinə əmin olunduğunu bildirib,  innovativ təkliflər və layihələrə, onların patentləşdirilməsinə hər zaman dəstək olacağını vurğulayıb.

Daha sonra “Azərbaycanda İnternet biznes : mövcud vəziyyət və inkişaf perspektivləri” mövzusunda  konfrans öz işinə başlayıb.

Üç Panel çərçivəsində keçirilən konfrans dövlət və özəl sektorun nümayəndələrinin, startapçıların  və İT ekspertlərin, xüsusilə investorların iştirakı ilə maraqlı çıxışlar və diskussiyalarla davam edib.

Sonda Startup Azərbaycan müsabiqəsinin finalçıları ilə investorların (fərdi və şirkət olaraq) qapalı toplantısı ( Pitç sessiya ) keçirilib.

Startup Azərbaycan TK üzvü Osman Gündüz investorlar qarşısında çıxış edərək İT biznes və startup sahəsinə diqqətə görə investorlara minnətdarlığını bildirib. O,  bu tip tədbirlərin ölkədə startup ekosistemin formalaşmasında mühüm rol oynadığını vurğulayıb və belə tədbirlərin davamlı olacağını qeyd edib.

Osman Gündüz Startup Azərbaycan olaraq  investorlara əlaqələrin genişləndirilməsi məqsədilə  İT biznes və startuplara dəstək  verən, bu biznesin inkişafında maraqlı olan İnvestorların Klubunun  da yaradılmasının nəzərdə tutulduğunu bildirib.

Sonra Finalçılar İnvestorlar qarşısında öz Layihələri ilə bağlı təqdimatlar ediblər. İnvestorları maraqlandıran sualları cavablandırıblar. Bəzi layihələr investorların diqqətini cəlb edib və bu tip startuplarla əlaqələrin gələcəkdə gücləndirilməsi və iş birliyin qurulması nəzərdə tutulub.

Startup Azərbaycan layihəsi çərçivəsində keçirilən tədbirlərdə  startuplar sahəsində bütün maraqlı tərəflər -  startup komandaları, dövlət qurumları və texnoparkların nümayəndələri, İnvestorlar və İT şirkətlər, mentorlar və ekspertlər , beynəlxalq qurumların nümayəndələri iştirak edib.

Startup Azərbaycan layihəsinə  Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi dəstək verir.
Startup Azərbaycanın Baş sponsoru Bakcell şirkətidir. 
Microsoft, İnfi Pro şirkətləri də Startup Azərbaycanın sponsorlarıdır.

Təqdimat mərasimindən hazırlanan foto  materiallar bu linkdə

Konfransla bağlı foto materiallar burada

Finalçıların investorlarla görüşündən (Pitç sessiya) hazırlanan foto materiallar 

Geniş məlumat : www.startup.az

Startup Azərbaycan TK
492 -44 44
www.startup.az
[email protected]
@startupaze
fb.com/startupazerbaijan

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Azərbaycanda İnternet biznes : mövcud vəziyyət və inkişaf perspektivləri” konfransı keçiriləcək

27-06-2013

“Startup Azərbaycan 2014” milli konfransı keçiriləcək

30-06-2014

İnternet - biznes sahəsində investisiya mühiti və milli StartUplar mövzusunda Konfrans keçiriləcək

03-04-2013

Startup Azərbaycan Müsabiqəsində səsvermənin 2-ci mərhələsi başlayıb

21-06-2013

Startup Azərbaycan SUMQAYIT Toplantısı keçirilib

29-04-2013

Startup Azərbaycan yarımfinalçıları ekspertlər qarşısında təqdimatlar ediblər

24-06-2013

Startuplar və İnternet biznes sahəsində maraqlı tərəflərin görüşü keçirilib

07-06-2013

Bakıda Startup Günləri başlayıb

08-11-2013

Milli Startupların qeydiyyat müddəti uzadılıb

07-05-2013

Startup Azərbaycan Yarımfinalçıları seçilib.

10-06-2014

Startup Azərbaycan ADA toplantısı keçiriləcək

30-04-2014

Milli Startupların qeydiyyatı başa çatıb və ilkin səsvermə başlanıb

22-05-2013

Startup Azərbaycan Yarımfinalçıları Ekspertlər qarşısında təqdimatlar edib

23-06-2014

Yüksək Texnologiyalar Parkında Startup Azərbaycan tərəfindən“Startup Bakı”toplantısı keçiriləcək

22-04-2014

Milli StartUpların qeydiyyatına başlanıb

27-03-2013

Startup Azərbaycan Yarımfinalçıları seçilib

03-06-2013

“Startup Azərbaycan 2014” layihəsinə start verildi

18-04-2014

Startup Azərbaycan BDU toplantısı keçirilib - Fotolar

13-03-2015

“Azərbaycanda internet-biznes: mövcud vəziyyət və inkişaf perspektivləri” konfransı keçirilib

04-07-2013

Startup Azərbaycan Müsabiqəsində iştirak edən startup komandaları üçün Təlim keçirilib

09-06-2014

Startap Azərbaycan yekun təqdimat mərasimi və “Startup Azərbaycan 2014” Milli Konfransı keçirilib

03-07-2014

Milli startuplarla bağlı maraqlı tədbirlər gözlənilir

29-05-2013

Bakıda Startup Günləri keçiriləcək

04-11-2013

Startup Azərbaycan müsabiqəsinə 28 startup buraxıldı

26-05-2014





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə