“Milli Proqram” 2026-cı ilin aprel ayınadək davam edəcək

02-12-2025 / 11:59

“Skills Accelerator Program”ın əsas məqsədi dövlət, özəl sektor və akademik mühiti bir araya gətirərək müzakirə və təhlil platforması formalaşdırmaq, ortaya çıxan çağırış və imkanlar əsasında yol xəritəsi hazırlamaq, daha sonra isə bu istiqamətdə konkret fəaliyyətlərin icrasını təşviq etməkdir.

Xeberler.az bildirir ki, bu barədə İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən 4-cü Sənaye İnqilabının Təhlil və Koordinasiya Mərkəzinin icraçı direktorunun müavini Soltan Bayramov deyib.

“Bu platforma vasitəsilə ölkəmizdə daha genişmiqyaslı təlim təşəbbüslərinin tətbiqinə, rəqəmsal bacarıqların artırılmasına və dövlət-özəl əməkdaşlığının gücləndirilməsinə şərait yaradılıb”, – deyə o əlavə edib. 4SİM Dünya İqtisadi Forumunun bir sıra beynəlxalq təşəbbüslərini ölkəmizə gətirib. Bu təşəbbüslərdən biri də dünyanın ən böyük təlim ekosistemlərindən olan “Coursera” platforması ilə əməkdaşlıqdır. Əməkdaşlıq çərçivəsində Azərbaycan vətəndaşları yaşından, sosial statusundan və peşəsindən asılı olmayaraq “Coursera”nın 13 minə yaxın kursuna ödənişsiz qoşulmaq imkanı əldə ediblər. Ötən il 10 min, bu ilin 1 aprel tarixindən bu günə qədər isə 7 min 500 Azərbaycan vətəndaşı 70 minə yaxın kursdan yararlanıb və sertifikat alıb. Proqram 2026-cı ilin aprel ayınadək davam edəcək və bütün vətəndaşlarımız bu fürsətdən maksimum şəkildə yararlana bilərlər”, – deyə o bildirib.

Vətəndaşların dil baryeri ilə bağlı narahatlığına da toxunan S.Bayramov qeyd edib ki, süni intellekt texnologiyalarının tətbiqi ilə 2 500 kurs Azərbaycan dilinə tərcümə edilib, tələbatın yüksək olduğu 15 kurs isə dublyaj formatında təqdim olunur: “Bu isə ingilis dili biliyi olmayan vətəndaşlar üçün də bərabər imkanlar yaradır. Bu təşəbbüs ölkədə insan kapitalının davamlı inkişafına, rəqəmsal bacarıqların genişlənməsinə və rəqəmsal iqtisadiyyatın gücləndirilməsinə mühüm töhfə verir”.

Dünya İqtisadi Forumunun strateji təşəbbüslərindən olan “Skills Accelerator Program” platforma ötən ilin noyabrında ilk dəfə olaraq Azərbaycanda təşkil olunub.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə