Azərbaycanın “BethClip” komandası “Silikon Vadisi”ndə təcrübə keçəcək

19-08-2014 / 12:53
"Yeni Fikir -2014" müsabiqəsində birinci yeri qazanmış "BethClip" layihəsi Ukraynanın paytaxtı Kiyevdə keçirilən "Lion Farm" proqramında final mərhələsinə yüksəlib.
 
 "Lion Farm" – "Imperious Group" Vençur Fondu  və "Happy Farm" biznes sürətləndiriciləri tərəfindən keçirilən, "toxum"dan əvvəlki mərhələdə olan İT "startup"ları üçün 6 həftəlik sürətləndirmə proqramıdır.
 
Proqram çərçivəsində iştirakçılar ABŞ-dan və Avropadan olan 30 mentor ilə işləmək imkanı əldə edirlər. Uğur qazanmış komandalar isə "Silikon Vadisi"ndə təcrübə imkanı və 30 000$ - dan başlayan investisiya qazanır.
 
Beləliklə, "Yeni Fikir-2014" müsabiqəsinin qalib komandası "BethClip" də 16 avqust tarixində Kiyevdə münsiflər qarşısında uğurla çıxış edərək, dünyanın müxtəlif  yerlərindən dəvət almış 41 komanda arasından ilk 15-liyə düşüb və 6 həftəlik sürətləndirmə proqramında iştiraka və investisiya uğrunda mübarizəyə haqq qazanmış olub.
 
Buna görə də 18 avqustdan başlayaraq "BetClip" komandası iki həftə Kiyevdə mentorlarla birgə işləyərək layihələrinin inkişaf etdirilməsinə başlayıblar.
 
Daha sonra isə Azərbaycana qayıdacaq komanda üzvləri buradan iki həftə distant təlimlər, seminarlar və mentor dəstəyi əldə edəcəklər.
 
Növbəti iki həftədə isə komanda "Apple", "Microsoft" kimi dünya nəhənglərinin yer aldığı və "Startup" dünyasının mərkəzi hesab olunan "Silikon Vadisi"ndə təcrübə keçəcək. (ictnews)
 

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə