Previous Next
Bağla

Azərbaycanın prezidentliyi ilə Beynəlxalq Nəqliyyat Forumunun Sammiti başlayıb

06-05-2026 22:45
Azərbaycanın prezidentliyi ilə Beynəlxalq Nəqliyyat Forumunun Sammiti başlayıb

Mayın 6-da Leypsiq şəhərində Azərbaycanın prezidentliyi ilə Beynəlxalq Nəqliyyat Forumunun (BNF) Sammiti işə başlayıb.

Xeberler.az məlumat verir ki, bu il keçirilən sammit “Dayanıqlı nəqliyyatın maliyyələşdirilməsi” mövzusuna həsr olunub. Tədbirdə iqlim dəyişiklikləri, urbanizasiya və texnoloji yeniliklər fonunda dayanıqlı nəqliyyat sistemlərinin qurulması və maliyyələşdirilməsi məsələləri müzakirə edilir.

Açılış mətbuat konfransında çıxış edən rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev bildirib ki, Azərbaycan BNF-yə sədrliyi dövründə təşkilatın daha güclü və inklüziv platformaya çevrilməsi istiqamətində fəaliyyət göstərib. Nazir forumun 20 illik yubileyi münasibətilə tərəfdaş ölkələrə və təşkilatlara təşəkkürünü ifadə edib.

Onun sözlərinə görə, Azərbaycanın sədrliyi dövründə təşkilatın institusional fəaliyyətinin səmərəliliyinin artırılmasına xüsusi diqqət yetirilib və üzv ölkələrlə əməkdaşlıq nəticəsində İş Proqramı üzrə razılıq əldə olunub.

Sammit çərçivəsində “The Price of Resilience: Why It Pays, Why It’s Hard?” adlı açılış plenar sessiyası keçirilib. Sessiyada nəqliyyat sektorunda dayanıqlılığın iqtisadi sabitlik, əlaqəlilik və uzunmüddətli risklərin azaldılmasındakı rolu müzakirə olunub.

Tədbirin açılış hissəsində Azərbaycanın zəngin mədəni irsi və müasir inkişafını əks etdirən videoçarx nümayiş olunub. Videoçarxda ölkənin tarixi, multikultural dəyərləri, müasir şəhər infrastrukturu və nəqliyyat-logistika potensialı təqdim edilib. Ardınca iştirakçılar üçün milli musiqi proqramı təşkil olunub.

Rəşad Nəbiyev çıxışında vurğulayıb ki, “Dayanıqlı nəqliyyatın maliyyələşdirilməsi” mövzusu infrastrukturun davamlılığı və dəyişən tələblərə uyğunlaşması baxımından balanslı investisiyaların vacibliyini ön plana çıxarır. Nazir qeyd edib ki, resursların düzgün bölüşdürülməsi və müasir texnologiyaların tətbiqi uzunmüddətli xərclərin azaldılması və nəqliyyat sistemlərinin effektivliyinin artırılması üçün əsas amillərdəndir.

Sammit iştirakçılarına Azərbaycanın nəqliyyat sektorunda həyata keçirdiyi təşəbbüslər, o cümlədən Orta Dəhliz üzrə icra olunan əsas infrastruktur layihələri barədə də məlumat verilib. Bildirilib ki, ölkədə rəqəmsal sistemlərə də ciddi investisiyalar yatırılır və bu addımlar dayanıqlı iqtisadi inkişafın dəstəklənməsinə xidmət edir.

Tədbir çərçivəsində forum tərəfdaşlarının məhsul, xidmət və innovativ həllərinin nümayiş olunduğu sərgi də təşkil edilib. Azərbaycan sərgidə milli stendlə təmsil olunur.

Yonq Te Kim, Patrik Şnayder və digər nümayəndə heyətlərinin rəhbərləri Azərbaycan stendi ilə tanış olublar. Ziyarətçilərə ölkənin nəqliyyat sektorunda əldə olunan nailiyyətlər və perspektivli layihələr barədə ətraflı məlumat təqdim olunub.

Günün sonunda Azərbaycan adından iştirakçılar üçün milli musiqi və rəqs nümunələrini əhatə edən bədii proqram təşkil edilib.

 
 
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Beynəlxalq Nəqliyyat Forumunun birinci rüb iclasları keçirilib

13-03-2026

"BNF"-nin sammitində Sammitində mühüm qərarlar qəbul olunub

07-05-2026

Azərbaycan 12-ci Nəqliyyat Statistikası Görüşündə təmsil olunub

01-04-2026

Beynəlxalq Nəqliyyat Forumu Sammitinə prezidentlik Azərbaycana verilib

23-05-2025

Beynəlxalq Nəqliyyat Forumunun Sammiti başa çatıb

08-05-2026

Azərbaycan nümayəndə heyəti Beynəlxalq Nəqliyyat Forumunun Sammitində iştirak edib

28-05-2019

Azərbaycan nümayəndə heyəti Beynəlxalq Nəqliyyat Forumunun Sammitində iştirak edib

24-05-2024

Azərbaycan və BNF arasında məlumat sessiyası keçirilib

27-04-2026

Rəşad Nəbiyev Beynəlxalq Nəqliyyat Forumunun Baş katibi ilə görüşüb

24-10-2025

Beynəlxalq Nəqliyyat Forumu Azərbaycanın sədrliyini yüksək qiymətləndirib

03-02-2026

Azərbaycan Beynəlxalq tədbirdə nəqliyyat sahəsindəki təcrübəsini bölüşüb

02-02-2026

Rəşad Nəbiyev nəqliyyat nazirlərinin görüşündə iştirak edib

27-11-2025

Nəqliyyatın İdarə Olunması Şurasının iclası keçirilib

24-10-2025

Azərbaycanla Çex arasında Anlaşma Memorandumu imzalanıb

07-05-2026

Banqkokda Azərbaycanın sədrliyi ilə UNESCAP-ın 82-ci sessiyası keçirilib

27-04-2026

Nazirlik sammitdə iştirak etdi

29-05-2018

Azərbaycan Beynəlxalq Təchizat Zənciri və Liman Logistikası sərgisində təmsil olunur

27-04-2026

Rəşad Nəbiyev Strateji Tərəfdaşlıq Panelində çıxış edib

10-10-2025

Rəşad Nəbiyev 5-ci Tbilisi İpək Yolu Forumunda iştirak edib

22-10-2025

Azərbaycan SPECA İqtisadi Forumunda təmsil olunub

22-01-2026

Azərbaycan Qlobal Dayanıqlı Nəqliyyat Forumunda təmsil olunub

07-07-2025

Azərbaycan UNESCAP-ın Nəqliyyat üzrə IV Nazirlər Konfransında təmsil edilib

17-12-2021

Azərbaycan Yol Nəqliyyatı Qrupunun iclasında təmsil olunub

18-02-2026

Orta Dəhlizin rəqəmsallaşdırılması müzakirə olunacaq

14-11-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə