“AZERCELL CUP” qaliblərinin mükafatlandırma tədbiri keçirildi

26-12-2023 / 16:52

Lider mobil operator istedadlı gəncləri kəşf etməyə və dəstəkləməyə davam edir

“Azercell Telekom” MMC və Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin birgə əməkdaşlığı çərçivəsində təşkil edilən “AZERCELL CUP” müsabiqəsinin qalibləri mükafatlandırılıb. 1000-dən çox 6-8-ci sinif şagirdlərinin qatıldığı müsabiqədə informatika fənni üzrə xüsusi bilikləri ilə fərqlənərək birinci, ikinci və üçüncü yeri qazanan 30 iştirakçı lider mobil operator tərəfindən medal, sertifikat və dəyərli hədiyyələrlə təltif edilib.

Təhsil İnstitutunun əməkdaşları, məktəbliləri olimpiadalara hazırlayan müəllim heyəti və təlimlərdə fəal iştirak edən nüfuzlu universitetlərin tələbələri də tədbirdə iştirak ediblər.

“AZERCELL CUP” müsabiqəsinin əsas məqsədi rəqəmsal texnologiyalara, informatika elminə, kompüter mühəndisliyi və proqramlaşdırmaya marağı olan məktəblilərə dəstək olmaq, onların fərdi və elmi inkişafına töhfə verməkdir. Yüksək nəticələr göstərən iştirakçılar Təhsil İnstitutu tərəfindən təşkil edilən Beynəlxalq Olimpiadalara hazırlıq mərkəzində keçirilən hazırlıq proqramlarında iştirak etmək imkanı qazanıb, onlardan bəziləri isə ölkəmizi ötən təqvim ilində bir sıra beynəlxalq müsabiqələrdə təmsil ediblər.

2017-ci ildən etibarən Azercell Telekom-un dəstəyi ilə beynəlxalq olimpiadalara hazırlıq keçən məktəblilərimiz ölkəmizi müxtəlif miqyaslı beynəlxalq olimpiadalarda uğurla təmsil edərək 3 qızıl, 14 gümüş və 37 bürünc olmaqla ümumilikdə 54 medal əldə ediblər.


ŞƏRHLƏR


OXŞAR XƏBƏRLƏR







sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə