Hələ bir il bundan öncə “Azercell Telekom”un öz müştərilərinə rəqəmsal gələcəyi əlçatan etmək və dinamik şəkildə yenilənən dünyanın tələblərinə daha çevik reaksiya vermək vədəsi 2020-ci ilin qlobal cəmiyyətə gətirdiyi transformasiyada, heç şübhəsiz ki, özünü müvəffəqiyyətlə doğrultdu. Bəşəriyyəti bürümüş özünütəcrid şəraitində yeni yaşam və çalışma üsullarına ahəngdar şəkildə uyğunlaşan “Azercell”in rəqəmsallaşma strategiyası həm təhsil, həm əyləncə, həm də işgüzar həyatda müxtəlif yaş katergoriyalarından olan insanlara rahat və cəld rabitə imkanı təklif etdi. “Azercell”in aparıcı mobil operator olaraq innovativ xidmətlər və texnoloji həllər vasitəsilə müştərilərinin gündəlik həyatını daha da rahat etmək məqsədi şirkəti 2020-ci ildə özünün 5 milyonuncu abunəçisinə qovuşdurdu.
Həm ölkə, həm də bütün dünya iqtisadiyyatı üçün ağır sınaq dövrü olan 2020-ci ili “Azercell Telekom” itkisiz və ciddi nailiyyətlərlə başa vurmağı bacardı. 2020-ci ildə ölkənin mobil kommunikasiya bazarında 49% faiz pay sahibi olan Azərbaycanın qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi “Azercell” 2020-ci ildə dövlət büdcəsinə 111,9 mln. manat, 24 il ərzində isə ümumilikdə təxminən 2 mlrd. manat vergi ödəyib. Mobil operator Azərbaycanda telekommunikasiyanın inkişafına 2020-ci ildə 58 milyon ABŞ dolları, 1996-2020-ci illər ərzində isə 1,7 mlrd. ABŞ dolları həcmində sərmayə yatırıb.
Azərbaycan xalqı üçün həm də şanlı qələbə ilə tarixə düşən 2020-ci ildə “Azercell” işğaldan azad olunmuş bölgələrimizdə, o cümlədən Qarabağın mirvarisi sayılan Şuşada ilk rabitə və mobil internet şəbəkəsini qurdu. İndi şirkətin coğrafi əhatə dairəsi ölkəmizin işğaldan azad olunmuş əraziləri də daxil olmaqla 94,8% əhali əhatəsi isə 98,8% təşkil edir. Keyfiyyətli və sürətli mobil internet xidmətləri ilə daim öndə olan “Azercell Telekom” il ərzində ölkəmizdə 4G şəbəkəsinin təkmilləşdirilməsi layihəsini uğurla həyata keçirib. Ötən il boyu “Azercell”in 4G şəbəkəsinin əhatəsi dairəsi 74,2%-dən 85,1%-ə yüksəlib. Bununla yanaşı, 2020-ci ildə 4G texnologiyası üzərindən çalışan 784 yeni radio baza stansiyası quraşdırılıb, 4G şəbəkəsi üzərində çalışan stansiyaların ümumi sayı 2679-a çatdırılıb. “Azercell” şəbəkəsi üzərindən ötürülən məlumatın həcmi 2.25 dəfə artıb. Ümumilikdə, 2020-ci il ərzində yalnız 4G şəbəkəsi üzrə internet trafikində isə 60% artım müşahidə olunub.
2020-ci il ərzində Bakı metropoliteninin stansiya və tunellərinin də 4G şəbəkəsinin təmin edilməsi üzrə işlər uğurla davam etdirilib və hazırda paytaxtın artıq 14 metro stansiyasında “Azercell” 4G şəbəkəsi aktivdir.
30 ilə yaxındır ki, işğal altında olan torpaqlarımızın azad olunması ilə 2020-ci ildə Azərbaycan xalqının tarixində tamamilə yeni səhifə açıldı. Bu səhifədə öz dəsti-xəttilə tarix yazan “Azercell” də yumruq kimi birləşən cəmiyyətimizin ən fəal üzvlərindən oldu. Şirkət Silahlı Qüvvələrə Yardım Fonduna 1 milyon manat həcmində vəsait köçürdü. Eyni zamanda, “Azercell”in “Kabinetim” mobil tətbiqində bu Fonda ianə etmək imkanı yaradıldı. “Azercell” müharibə dövründə kimsədən dəstəyini əsirgəmədi. Bərdə və Gəncə şəhərlərində baş verən terror aktları zamanı yerli sakinlərin balansını artırdı, o cümlədən cəbhə bölgələrinə ezam olunmuş bütün media nümayəndələrinin balansına 100 manat köçürdü.
2020-ci ilin ilk yarısı isə digər düşmənimiz – bütün dünyanı cənginə alan COVID-19 virusu ilə mübarizə və sərtləşdirilmiş karantin rejiminin gətirdiyi çətinliklərlə yadda qaldı. “Azercell” Koronavirusla Mübarizəyə Dəstək Fonduna 2 mln. manat ianə etməklə bu cəbhədə də aktiv mübarizəyə qoşuldu. Şirkət həmçinin, hər kəsin bu fonda ianə etməsini asanlaşdırmaq üçün “Mobil ödəmə” xidmətini aktivləşdirdi. Bu dövrdə evdən çıxmaq qadağası ilə üz-üzə qalan yaşı 65-dən yuxarı abunəçilərə Mobil Müştəri Xidmətləri evində və tamamilə təmənnasız təqdim olundu.
Şirkətdən növbəti həmrəylik jesti karantinin tətbiq olunduğu ilk dövrdə xaricdə qalaraq ölkəyə qayıda bilməyən soydaşlarımıza yönəldi. Belə ki, “Azercell” rominqdə olan abunəçilərinin balansına 50 AZN yüklədi. Habelə, bütün “Azercell” abunəçiləri üçün İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin “Qaynar xətt”inə pulsuz zənglər imkanı yaradıldı.
Koronavirusla mübarizə tədbirləri çərçivəsində “Azercell” virusla vuruşan 700-ə yaxın səhiyyə işçisinə 7 dəfə 50 manat hədiyyə balans yüklədi. Həmçinin, sosial izolyasiya şəraitində onlayn tədris verən 30 minə yaxın müəllimə 5GB həcmində internet paketi təqdim olundu. “Azercell” karantin dövründə Abşeron yarımadası və bölgələrdə 11 minə yaxın aztəminatlı ailəyə və Böyük Vətən Müharibəsi veteranlarına Novruz, Ramazan bayramları və 28 may Respublika Günü münasibətilə ərzaq payı və bayram sovqatları çatdırdı.
2020-ci ilin böyük hissəsini əhatə edən sosial təcrid şəraitinə baxmayaraq, “Azercell”in müxtəlif xidmət kanalları müştəri müraciətlərini daha intensiv və operativ cavablama sistemini tətbiq edərək bu sahədə yüksək göstəricilərə nail oldu. Beləliklə, 2020-ci ildə “Azercell”in Telefon Mərkəzinə ümumilikdə təxminən 4 milyon zəng daxil olub, bunlardan 95%-i cavablandırılıb, onlayn müştəri xidmətləri üzərindən 449,337 sayda sorğu daxil olub və bunların 98%-i cavablandırılıb. “Azercell” şirkətinin il ərzində rəsmi “Facebook”, “Instagram”, “Twitter”, “YouTube” və “Linkedin” səhifələrindən toplam 135 min müraciət daxil olaraq əməkdaşlar tərəfindən cavablandırılıb. Bundan əlavə, 2020-ci il ərzində şirkətin Ön Masa, “Azercell” Ekspres, Azercell Eksklüziv ofislərində, eləcə də Mobil Müştəri Xidmətləri vasitəsilə təxminən 1 milyon nəfər abunəçiyə üz-üzə xidmət göstərilib. Qeyd etmək yerinə düşər ki, 44 günlük Vətən Müharibəsi zamanı gücləndirilmiş və gərgin iş rejiminə baxmayaraq, “Azercell” əməkdaşlarının səyi nəticəsində bütün kanallar vasitəsilə xidmət keyfiyyəti ən yüksək səviyyədə saxlanıldı. Belə ki, ən son statistikaya əsasən onlayn kanallar vasitəsilə daxil olmuş müraciətlər 100% cavablama göstəricisinə qədər yüksəlib. Hətta, COVID-19 pandemiyası ilə əlaqədar tətbiq olunan uzunmüddətli sərt karantin rejimində “Azercell” Müştəri Xidmətləri fasiləsiz olaraq onlayn şəkildə fəaliyyət göstərib. 2020-ci ildə “Azercell” şirkəti ölkədə qurduğu Müştəri Xidmətləri sisteminin ən yüksək dünya standartlarına uyğun olduğunun nümunəsi kimi ISO 10002:2018 Keyfiyyətin İdarə Olunması /Müştəri Məmnuniyyəti /Müəssisələrdə Şikayətlərə Baxılmasına dair təlimatlar standartına uyğunluq sertifikatına layiq görülməsi oldu.
Ötən il “Azercell”in yeni versiyada təqdim etdiyi “Kabinetim” mobil tətbiqi müxtəlif çeşiddə digər rəqəmsal xidmətlərdən istifadə etməyə şərait yaratdı. "Mobil Ödəmə" xidməti abunəçilərə kommunal, rabitə və bank xidmətlərilə yanaşı, milli orduya və COVID-19 ilə mübarizə fonduna ianə etmək imkanı da yaratdı. Dünya miqyasında məşhur “Busuu” tətbiqi abunəçilərə xüsusi şərtlərlə təklif edildi. “Azercell” il ərzində mobil televiziya sahəsində bəzi yeniliklər tətbiq etdi. Belə ki, uşaqlar üçün “Mobil TV” xidməti istifadəyə verildi. “BluTV” xidməti çərçivəsində isə populyar türk kino və serialları “Azercell”lilər üçün əlçatan oldu. “NNTV” tətbiqində televiziya kanallarının sayı artırıldı. Nəticədə, son bir il ərzində “Azercell”in rəqəmsal həllərindən istifadə edən aktiv abunəçilərin sayı 18% artdı.
“Azercell” il boyunca abunəçilərini fərqli kampaniyalar, sərfəli tarif paketləri ilə sevindirib. Abunəçilərin yaxınları ilə ünsiyyətini daha da əlçatan edən “Yeni Hər Yerə” tarifi istifadəyə verilib. Bundan əlavə, lider mobil operator innovativ “Telegram Bot” xidmətini təqdim edib. Müxtəlif sərfəli aksiyalar çərçivəsində müştərilər əlverişli şərtlərlə ən son model “Samsung” və “iPhone” smartfonlarını əldə ediblər, onlara danışıq balansı və internet paketləri hədiyyə olunub. Keçirilmiş Smartfon kampaniyaları nəticəsində “Azercell” abunəçiləri arasında smartfon penetrasiyası 74%-dən yüksək oldu, smartfon istifadəçilərinin sayı isə 3,9 milyon təşkil edir.
Qlobal pandemiya ilə əlaqədar sərt karantin rejimində iqtisadiyyata dəstək məqsədilə 12 mindən artıq hüquqi şəxsə xidmət göstərən “Azercell” Biznes yenilənmiş Biznesim veb-həllini təqdim etdi ki, bu həll vasitəsilə öncədən ödəniş etmədən şirkətlər 3 gün ərzində öz saytını yarada bildi. Bizneslər üçün müxtəlif qurğularla rahat qoşulma və rabitə imkanlarının yaradılması ilə “Azercell” biznes abunəçiləri arasında mobil internet istifadəçilərini sayı ötən illə müqayisədə 14% artdı. Şirkətin korporativ müştərilərə istiqamətlənmiş fəaliyyəti Əşyaların interneti (IoT) ekosistemini ölkədə inkişaf etdirərək istifadəçi bazasının həcmini ötən illə müqayisədə 34% artırdı.
2020-ci ildə sosial layihələrə ümumilikdə 2,6 mln. dollardan artıq vəsait sərf edilib ki, bu göstərici 24 il ərzində 21,8 mln. dolları keçib.
Qeyd edək ki, savaş ilində “Azercell” korporativ sosial məsuliyyət tədbirlərinə xüsusi diqqət ayırıb.
İlin əvvəlində “Azercell” Azərbaycan Milli Olimpiya Komitəsi tərəfindən Tokyo 2020 Olimpiya Oyunlarında Azərbaycan Milli Olimpiya və Milli Paralimpiya komandalarının Qızıl tərəfdaşı seçildi. Qeyd edək ki, qlobal pandemiya ilə əlaqədar bu Olimpiya oyunları 2021-ci ilə keçirildi.
Müasir Azərbaycan qadının cəmiyyətdəki əhəmiyyətini layiqincə əks etdirmək üçün “Azercell” Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin və Milli Olimpiya Komandasının məğrur tərəfdaşı olaraq idmançı qadınların simasında #Qadın Dediyin layihəsini ərsəyə gətirdi. Layihə sosial media kanallarında yayımlanaraq cəmiyyətdə geniş əks-səda yaratdı.
Şirkətin ən sevilən sosial layihələrindən biri olan Mobil Göz və Mobil Diş səyyar Klinikalarında il ərzində Bakı və bölgələrdən 400 nəfərə yaxın kimsəsiz, aztəminatlı və xüsusi qayğıya ehtiyacı olan insan pulsuz müayinədən keçdi.
10 ildən çoxdur yaradılan Azərbaycan Uşaq Qaynar Xətt Xidməti “Azercell”in dəstəyilə karantin dövründə fəaliyyətini davam etdirib və ümumilikdə 6 657 uşağa psixoloji yardım göstərilib.
Ölkədə təhsilin inkişafı, yüksək ixtisaslı kadrların yetişdirilməsi, insan kapitalının formalaşması işinə xüsusi diqqət ayıran “Azercell” ADA Universitetinin təqaüd proqramına, informatika müəllimləri üçün xüsusi təlimin təşkilinə dəstəyini davam etdirib. Şirkət Beşinci Buktreyler Festivalının rəqəmsal tərəfdaşı qismində çıxış edib. “Azercell”in Rəqəmsal Tərəfdaşlığı ilə 7-ci “womENcourage” beynəlxalq virtual toplantısı keçirilib. Eyni zamanda, Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə partnyorluq çərçivəsində “Azercell”in dəstəyi ilə İnformatika üzrə təlim keçən məktəblilərimiz 32-ci Beynəlxalq İnformatika Olimpiadası, 16-cı Beynəlxalq Jautikov Olimpiadası, Asiya Pasifik İnformatika Olimpiadası, İnformatika üzrə 12-ci Beynəlxalq Payız Turniri kimi nüfuzlu yarışmalarda il ərzində müxtəlif kateqoriyalı 10 medal qazanıblar. SABAH qruplarının “Qış Məktəbi” layihəsinin gənc iştirakçıları üçün “Azercell” master-klassların təşkilini dəstəkləyib. “Azercell” yeni dərs ilinin başlanması münasibətilə imtahanlarda fərqlənən 300 abituriyentə və şəhid övladlarına Busuu dilöyrənmə tətbiqinə pulsuz kodlar, ən çox bal yığan abituriyentlərə və şəhid övladlarına planşetlər və pulsuz kodlar hədiyyə edib, təqaüdlər ayırıb. Eyni zamanda, 100-dən çox xüsusi qayğıya ehtiyacı olan uşaq da “Azercell”dən dilöyrənmə tətbiqi üçün pulsuz kodlar və nömrələr alıb.
Ölkədə peşəkar kadrların inkişaf etdirilməsinə hər zaman xüsusi önəm verən “Azercell” 2020-ci ildə İnsan kapitalının inkişafına təxminən 700 min ABŞ dolları, 1996-2020-ci illər ərzində isə 26 mln. dollar həcmində vəsait sərf edib. Şirkət güclü korporativ idarəçilik və mədəniyyətin, insan resurslarının idarə olunması təcrübəsinin davamlı inkişafı kimi 2020-ci il ərzində keçirilmiş audit nəticəsində bu ilin əvvəlində MDB məkanında ilk olaraq İnsana Sərmayə standartının ən yüksək Platin sertifikatına yiyələndi (IIP Platinum).
“Azercell”in 2020-ci ildə əldə etdiyi nailiyyətlər sırasında nüfuzlu “STEVIE ” Beynəlxalq Biznes Mükafatının üçqat laureatı olmasını da qeyd etmək lazımdır. Belə ki, 2020-ci ildə lider operator yüzlərlə şirkət arasında “İlin telekommunikasiya şirkəti” qızıl mükafatını, “İlin ən innovativ şirkəti” və “Ən dəyərli korporativ məsuliyyətli şirkət” nominasiyaları üzrə bürünc mükafatını qazanıb.
Bundan əlavə, “Azercell”in #QadınDediyin sosial layihəsi nüfuzlu beynəlxalq “Red Jolbors” festivalında Gümüş və Bürünc medal qazanıb.
Şirkət ötən il ölkəmizdə ISO 37001:2016 “Antikorrupsiya idarəetmə sistemi” standartlarına uyğunluq sertifikatını alan ilk mobil operator olub.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri