Ölkədə gənclərin həm fərdi, həm də peşəkar inkişafına təkan verən layihələrin təşəbbüskarı və Karyera Sərgilərinin fəal iştirakçısı olan “Azercell Telekom” MMC bu dəfə də ənənəsinə sadiq qalıb. Şirkət Azərbaycan Texniki Universiteti ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin birgə əməkdaşlığı çərçivəsində noyabrın 28-də Bakı İdman Sarayında təşkil olunan II Karyera Sərgisinə qatılıb. “Karyerada ilk addım” devizi ilə keçirilən bu sərgi iş imkanlarını gənc peşəkarlarla paylaşmaqla yanaşı, həm də onların müəssisə əməkdaşları ilə ünsiyyət qurması və iş həyatında möhkəm addımlarla irəliləməsi yönündə önəmli bir təşəbbüsdür.
“Azercell” şirkətinin İnsan kapitalının idarə edilməsi şöbəsinin əməkdaşları sərgi iştirakçılarına əmək bazarındakı son tendensiyalardan bəhs edib və onları maraqlandıran sualları cavablandırıblar. Həmçinin “Azercell”in əməkdaşları şirkətdə mövcud olan vakansiyalar, tələbələr üçün nəzərdə tutulan təqaüd və təcrübə proqramları barədə də bəhs ediblər.
Vurğulamaq istərdik ki, “Azercell”in həyata keçirdiyi sosial layihələrin böyük bir qismi təhsil sahəsinə aiddir. Ölkənin aparıcı ali təhsil mərkəzləri ilə əməkdaşlıq edən “Azercell” bu minvalla gənclərin potensiallarının üzə çıxarılmasına, onların peşəkar kadr olaraq yetişdirilməsinə öz dəstəyini verir.
Daha ətraflı məlumat üçün “[email protected]” ünvanına müraciət edə bilərsiniz.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri