“Azercell” sertifikata layiq görülüb

24-03-2012 / 18:34
Azercell Telekom MMC təqdim etdiyi “Converged Infrastructure Solution” texniki həllinə görə “Hewlett-Packard” (HP) şirkətinin xüsusi sertifikatına layiq görülüb. 
HP-nin təqdim etdiyi texniki həllərdən istifadə edərək “Azercell”in informasiya texnologiyaları (İT) mütəxəssisləri müxtəlif mürəkkəb texniki əməliyyatları həyata keçirməyə imkan verən unikal sistem işləyib hazırlayıblar. HP–nin Bleyd serverləri üzərində müəyyən həllər düşünülərək ümumi bir proqram təminatı hazırlanmış, bunun vasitəsilə bütün resursları bir istiqamətə yönləndirmək mümkün olub. 
“Azercell”in təqdim etdiyi digər texniki həll isə daha qlobaldır. Mütəxəssislər HP Superdome2 serveri və XP24000 SAN əsasında Data Warehouse həllini tətbiq edə biliblər. Həmçinin HP Blade serverləri üzərində Oracle RAC texnologiyası tətbiq olunub. 
Qeyd edək ki, sertifikat HP-nin təsis etdiyi “İT Club” tərəfindən müxtəlif texniki həllər təqdim edən əməkdaş şirkətlərə verilir. “İT Club” Azərbaycanda 2 ildir ki, fəaliyyət göstərir və bu klubda informasiya texnologiyaları üzrə mütəxəssislər bir araya gələrək İT sahəsində önəmli olan həlləri nəzərdən keçirirlər.
 

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə