“Azercell Telekom” MMC-nin bu il noyabrın 1-də elan etdiyi Tələbə Təqaüdü Proqramının nəticələri müəyyən edilib.
Şirkətin mətbuat xidmətindən verilən məlumata görə, mərhələli seçim prosesinin sonunda 7 tələbə “Azercell”in təqaüdçüsü adına layiq görülüb. Proqram qalibi olan bu tələbələr ali təhsil müddətinin sonunadək “Azercell” şirkəti tərəfindən 200 manat məbləğində aylıq təqaüd alacaqlar. Lakin Tələbə Təqaüdü Proqramının üstünlüyü yalnız maddi dəstəklə bitmir. Təqaüdlə yanaşı, bu gənclər telekommunikasiya sahəsi haqda biliklərini artırmaq, şirkətin korporativ tədbirlərinə dəvət almaq, müxtəlif təlimlərdə iştirak etmək və şirkətdə təcrübə keçmək imkanını əldə edəcəklər. Aşağıda adları çəkilən tələbələr 2011-ci il “Azercell”in Tələbə Təqaüdü Proqramının qalibləri elan olunublar:
1. Cəfərov Elvin Yaqub oğlu, Azərbaycan Dövlət İqtisad Universiteti, Maliyyə fakültəsi, 4-cü kurs
2. Cəfərov Vəli Əli oğlu, Qafqaz Universiteti, Kompüter Mühəndisliyi fakültəsi, 5-ci kurs
3. Əfəndiyev Elvin Nizami oğlu, Bakı Dövlət Universiteti, Tətbiqi Riyaziyyat və Kibernetika fakültəsi, 4-cü kurs
4. Kazımzadə Günay Tofiq qızı, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı, Tətbiqi Riyaziyyat fakültəsi, 3-cü kurs
5. Mürvətov Kamran Əli Əsgər oğlu, Azərbaycan Dövlət İqtisad Universiteti, Beynəlxalq İqtisadi Münasibətlər fakültəsi, 3-cü kurs
6. Qayıbov Tural Söhbət oğlu, Azərbaycan Dövlət İqtisad Universiteti, Maliyyə fakültəsi, 3-cü kurs
7. Şükürov Orxan Asif oğlu, Qafqaz Universiteti, Sənaye Mühəndisliyi fakültəsi, 5-ci kurs
Qeyd edək ki, proqramda seçim prosesi bir neçə mərhələdən ibarət olub. İlk mərhələdə proqram üçün müraciət edən tələbələr məntiq məsələlərindən ibarət yazılı tapşırıqları yerinə yetirib, həmçinin müxtəlif mövzularda ingilis dilində inşa yazıblar. Son mərhələdə tələbələr “Azercell” şirkətində rəhbər vəzifələrdə çalışan işçi və mütəxəssisləri tərəfindən keçirilən üz-üzə müsahibələrdə öz akademik bilikləri, dünya görüşü, elmə və təhsilə həvəsini göstərmək imkanına malik olmuşlar. Bütün mərhələlərdən uğurla keçən tələbələr təqaüd proqramının qalibləri seçiliblər.
Tələbə Təqaüdü Proqramının məqsədi müvəffəqiyyətlə təhsil alan tələbələrə xüsusi qayğı göstərmək və onlara gələcəkdə peşəkar kimi formalaşmasına dəstək olmaqdır. Daim Azərbaycanın akademik potensialının yüksəlməsinə yönəlmiş layihələri dəstəkləyən “Azercell” şirkəti Tələbə Təqaüdü Proqramı üzrə müraciət göndərən bütün tələbələrə minnətdarlığını bildirir və qalibləri təbrik edir.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri