“Azercell”in dəstəklədiyi məktəblilərdən 2021-ci ildə ilk uğur

15-01-2021 / 20:53

2021-ci il yanvarın 7-dən 12-dək Qazaxıstanın Almatı şəhərində 17-ci Beynəlxalq Jautıkov Olimpiadasında “Azercell”in dəstəyi ilə ölkəmizi təmsil edən məktəblilərimiz yüksək nəticələr nümayiş etdiriblər. Riyaziyyat, fizika və informatika fənni üzrə təşkil edilən elm yarışında virtual formada iştirak edən komandalarımız ümumilikdə 15 medal qazanıblar. İnformatika fənni üzrə “Azercell”in dəstəyi ilə bu müsabiqəyə qoşulan məktəblilərimiz 3 medal əldə ediblər. Belə ki, Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 11-ci sinif şagirdi Emin Orucov, Bakı şəhəri 269 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdi Amin Cəlilov və Gəncə şəhəri M.Əzizbəyov adına 15 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdi Əziz Hüseynov bürünc medal qazanıblar.

Qeyd edək ki, Beynəlxalq İnformatika Olimpiadası başda olmaqla informatika üzrə müxtəlifmiqyaslı beynəlxalq olimpiadalara hazırlıq prosesi “Azercell Telekom” və Azərbaycan Respublikasının Təhsil İnstitutu arasında imzalanmış əməkdaşlıq müqaviləsinə əsasən 2017-ci ildən etibarən “Azercell Telekom” MMC-nin dəstəyi ilə həyata keçirilir. Sözügedən müddətdə məktəblilərimiz Beynəlxalq İnformatika Olimpiadası, Asiya-Sakit Okean İnformatika Olimpiadası, Yeniyetmələrin Avropa İnformatika Olimpiadası, İnformatika fənni üzrə Beynəlxalq Payız Turniri, Beynəlxalq Meqapolislər Olimpiadası, Beynəlxalq Jautıkov Olimpiadası və bir çox müsabiqələrdə uğurla çıxış edərək 1 qızıl, 6 gümüş və 18 bürünc olmaqla ümumilikdə 25 medal əldə ediblər.

Mobil operator gənclərin bilik və bacarıqlarının artırılmasına xidmət edən layihələr çərçivəsində Azərbaycanın müxtəlif bölgələrindən və paytaxt məktəblərindən onlarla şagirdin hazırlıq prosesinə cəlb edilməsinə yardımçı olub. Bütün bu uğurlu nəticələr, qazanılan medallar informatika üzrə istedadlı şagirdlərin aşkar edilməsi və onların dəstəklənməsi üçün təşəbbüslərin real nəticə verdiyini sübut edir.

Daha ətraflı məlumat üçün “[email protected]” ünvanına müraciət edə bilərsiniz.

Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük vergiödəyicisi və sərmayəçisi “Azercell Telekom” MMC 1996-cı ildə təsis edilib. Hazırda 5 milyon abunəçi “Azercell”i seçir. Bazar payı 49 faiz, ölkə ərazisi üzrə əhatə dairəsi 89,3 faiz, ölkə əhalisi üzrə əhatə dairəsi 99,8 faiz təşkil edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz “Azercell” gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, 24/7 Telefon Mərkəzi (*1111), 7/7 Ön Masa xidmətləri, “Azercell Ekspres” ofisləri, M2M, 4G, mobil və onlayn müştəri xidmətləri, sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti “ASAN imza” və sair. Mobil operator “Bakutel 2019” sərgisi çərçivəsində Azərbaycanda ilk dəfə pilot rejimdə 5G texnologiyasının sınaqlarını keçirib. “Azercell”in sürətlə böyüyən 4G şəbəkəsi Bakı və Abşeron da daxil olmaqla, ölkənin 60-dək bölgəsini əhatə edir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, “Azercell”in 4G şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirib. “Azercell” ölkədə və MDB məkanında beynəlxalq “Investors In People” İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganə şirkətdir. “Azercell” nüfuzlu “STEVIE 2020” müsabiqəsində yüzlərlə təşkilat arasında “İlin telekommunikasiya şirkəti” adını qazanıb, bu nominasiya üzrə ən yüksək pillədə qərarlaşaraq qızıl mükafatı əldə edib.


ŞƏRHLƏR


OXŞAR XƏBƏRLƏR







sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə