Şirkətin mətbuat xidmətindən verilən məlumata görə, layihə çərçivəsində 320 uşaq Yeni il bayramının sevincini yaşayıb. Belə ki, kimsəsi olmayan, valideyn himayəsindən məhrum olmuş uşaqları məhz özlərinin əvvəlcədən arzuladıqları hədiyyələri alıblar. Landmarkın “Rotunda” zalında keçirilən bayram tədbirində uşaqların öz istəyi əsasında toplanan hədiyyələr paylanıb. Şənliyə bu hədiyyələri alan şəxslər də dəvət edilib və onlar özləri aldıqları hədiyyələri uşaqlara hədiyyə ediblər. Xatırladaq ki, bu hədiyyələr “Park Bulvar” alış-veriş mərkəzinin təmənnasız ayırdığı yerlərdə qoyulan 3 şam ağacından asılmışdı. Bu ağacların üzərindəki hədiyyələr təsadüfən seçilməmişdi. Şirkət əməkdaşları uşaqların hər birindən istədiyi hədiyyəni öyrənib, onları ağacın üzərindəki rəngarəng yeni il oyuncaqlarının üzərinə yerləşdirmişdilər.
“Azercell Telekom” MMC “Onlar da hədiyyə gözləyirlər...” layihəsinə qatılan və uşaqların istəklərinə uyğun hədiyyə alıb, bu bayramı unudulmaz sevincə çevirən hər bir şəxsə minnətdarlığını bildirir.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri