“Azəriqaz” İstehsalat Birliyi (İB) tərəfindən abonent məmnuniyyətinin artırılması və xidmətlərə əlçatanlığın daha da asanlaşdırılması məqsədilə qaz qurğularının, qaz xətlərinin, tüstü bacalarının, havalandırma, habelə havadəyişmə xətlərinin işlək vəziyyətdə olmasının, texniki təhlükəsizlik tələblərinə riayət olunması vəziyyətinin müəyyən edilməsi məqsədi ilə ildə bir dəfə olan müayinələrin nəticələrini əks etdirən aktlara elektron çıxış imkanı yaradılıb.
Xeberler.az bildirir ki, artıq “azeriqaz.az” rəsmi internet səhifəsində tətbiq olunmuş yeni funksionallıq sayəsində abonentlər müayinə aktlarını onlayn şəkildə əldə edə bilirlər.
Belə ki, istifadəçilər “Müayinə nəticəsini öyrən” bölməsinə daxil olaraq, abonent kodu və sayğac nömrəsini daxil etməklə müayinə aktına baxa və onu yükləyə bilərlər. Eyni zamanda, borc bildirişlərinə baxış prosesi də yeni təhlükəsizlik tələblərinə uyğunlaşdırılıb. Əgər əvvəllər borc məlumatlarını əldə etmək üçün yalnız abonent kodu və ya sayğac nömrəsi kifayət edirdisə, artıq hər iki məlumatın – həm abonent kodunun, həm də sayğac nömrəsinin birlikdə daxil edilməsi zəruridir. Bu yanaşma şəxsi məlumatların qorunmasına yönəlib. Bu yeniliklər sayəsində elektron sistemdə məlumat axtarışı daha təhlükəsiz əsaslarla həyata keçirilir. Şəxsi məlumatların üçüncü şəxslərin əlinə keçməsi riski minimuma endirilir.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları