Azərkosmos İtaliyanın “Leaf Space” şirkəti ilə əməkdaşlığı genişləndirir

24-10-2024 / 17:31

Azərkosmos və İtaliyanın yerüstü idarəetmə üzrə xidmət təminatçısı “Leaf Space” şirkəti arasında yeni əməkdaşlıq müqaviləsi imzalanıb. Müqaviləyə əsasən, Azərkosmosun Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzinin Bakı teleportunda 3,7 metrlik S/X diapazonlu anten quraşdırılıb.

Xeberler.az bildirir ki, yerüstü stansiyada quraşdırılan müasir anten sistemi müxtəlif peyklərdən toplanan kritik məlumatların emalı və ötürülməsini, peyk şəbəkələri arasında nəzarəti, eləcə də kosmosdakı cihazların monitorinqini həyata keçirmək üçün geniş imkanlar təqdim edir.

Azərkosmosun çoxfunksiyalı teleportu Avropa, Asiya və Afrika ölkələrindən olan müştərilərə – VNO (Virtual şəbəkə operatoru), VSAT (kiçikölçülü anten terminalı), data, rabitə xidmətləri və həlləri təqdim edir. Bakı teleportunun yerləşdiyi coğrafi məkan həm əməliyyat, həm də kommersiya baxımından yeni və daimi müştərilər üçün əlverişlidir. Teleport tələb olunan standartlara uyğun dayanıqlıdır.

Qeyd edək ki, bu anten sistemi “Leaf Space” şirkətinin ölkəmizdə investisiya etdiyi sayca ikinci uğurlu infrastruktur layihəsidir. Xatırladaq ki, 2022-ci ildə şirkət Bakı teleportunda 3,7 metrlik S/X diapazonlu yerüstü anten quraşdırmışdı. Quraşdırılan hər iki anten “Leaf Space” şirkətinə Azərbaycan üzərindən keçən müxtəlif peyklərdən məlumat əldə etmək imkanı yaradır.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə