“Azərkosmos”, Millətlər Birliyi Təşkilatı (The Commonwealth of Nations) ilə əməkdaşlıq çərçivəsində Papua Yeni Qvineyanın meşə monitorinqi proqramını həyata keçirib.
Xeberler.az məlumat verir ki, bu layihə meşə ehtiyatlarının qorunması və ekosistemlərin davamlı inkişafı məqsədilə icra olunub.
Monitorinqin əsas nəticələri:
- Layihə nəticəsində ölkə ərazisinin təxminən 79 faizini meşələrin əhatə etdiyi müəyyən olunub.
- Ağac tacının hündürlüyü 25 metr və daha yüksək olan meşə əraziləri ölkə üzrə ümumi meşə sahələrinin 65 faizini təşkil edir.
- Meşələrin mühüm hissəsinin (90.9 faizi) bitki örtüyü sıxdır və biokütlə vəziyyəti yaxşı hesab olunur.
Layihənin nəticələri ekosistemlərin mühafizəsi üçün sistemli və texnoloji yanaşmaların vacibliyini vurğulayır. Proqram çərçivəsində təqdim olunan ən son həllərdən biri də süni intellekt əsaslı platformanın yaradılmasıdır. Bu platforma peyk təsvirləri əsasında meşə monitorinqini həyata keçirərək risklərin vaxtında müəyyən edilməsinə imkan yaradacaq. Platforma yaxın aylarda istifadəyə veriləcək.
Qeyd edək ki, bu həftə Millətlər Birliyinin Günü (Commonwealth Day) qeyd olunur, müxtəlif dövlətlərin və millətlərin əməkdaşlığı vasitəsilə daha ədalətli və inkişaf etmiş cəmiyyətlərin qurulmasının vacibliyi bir daha vurğulanır.
Papua Yeni Qvineyanın da unikal meşə ekosistemlərinin qorunması, qlobal miqyasda ekoloji tarazlığın və davamlı inkişafın təmin edilməsi yalnız birgə səylər nəticəsində mümkündür.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri