“Azərkosmos” və “Wyvern” arasında tərəfdaşlıq qurulub

10-10-2025 / 16:26

Azərbaycan Respublikasının Kosmik Agentliyi – “Azərkosmos” Kanadanın “Wyvern” şirkəti ilə yeni tərəfdaşlıq münasibətləri qurub.

Xeberler.az məlumat verir ki, razılaşmaya əsasən, “Azərkosmos” “Wyvern” şirkətinin yüksək dəqiqlikli hiperspektral peyk görüntülərinin rəsmi distributoru olacaq. Bu əməkdaşlıq regionda qabaqcıl Yer müşahidəsi imkanlarının daha geniş auditoriyaya təqdim edilməsinə şərait yaradacaq.

Qeyd olunur ki, “Azərkosmos” artıq Azərbaycanda və region ölkələrində müştərilərə “Wyvern”in “Dragonette” hiperspektral məlumatlarına birbaşa çıxış imkanı təqdim edəcək.

“Wyvern” şirkətindən bildirilib ki, “Azərkosmos”un peyk xidmətləri sahəsindəki təcrübəsi və etibarlı beynəlxalq mövqeyi ilə birləşən bu əməkdaşlıq kənd təsərrüfatı, ətraf mühitin monitorinqi, təhlükəsizlik və infrastruktur kimi mühüm istiqamətlərdə yeni imkanlar yaradacaq.

Tərəflər qeyd ediblər ki, bu tərəfdaşlıq Yer üzərindəki ekoloji və iqtisadi problemlərin həllinə yönəlmiş hiperspektral məlumatların qlobal səviyyədə əlçatanlığını artıracaq.

“Wyvern” şirkəti “Azərkosmos” ilə əməkdaşlığı genişləndirərək hiperspektral məlumatların tətbiq sahəsini yeni bazarlara və sənaye istiqamətlərinə yaymağı hədəfləyir.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə