Azərkosmosun gənc mütəxəssisi “Launchpad” mentorluq proqramının qaliblərindən olub

23-02-2022 / 20:04

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərkosmosun Proqram təminatı həlləri qrupunun rəhbəri Tahir Qədimov Beynəlxalq Astronavtika Federasiyasının “Launchpad” mentorluq proqramının dünya üzrə səkkiz qalibindən biri seçilib.

Xeberler.az bildirir ki, “Launchpad” mentorluq proqramı kosmik sahənin peşəkar mentorlarının dəstəyi ilə dünyanın aparıcı kosmik agentlik, şirkət, cəmiyyət və assosiasiyalarında çalışan gənc mütəxəssislərə karyeralarını inkişaf etdirmək, liderlik bacarıqlarını formalaşdırmaq fürsəti verir.

Azərbaycanla yanaşı ABŞ, Avstraliya, Almaniya, Banqladeş, Filippin və İranın nümayəndələri də qaliblər sırasındadır.

Altı ay davam edəcək proqram kosmik sahə üzrə tədqiqat və inkişaf mərkəzlərində elm və innovasiya istiqamətlərində layihələr həyata keçirən, kosmik aparatların hazırlanması, eləcə də Ay və Marsda insanın məskunlaşmasına dair layihələrdə çalışan bu gəncləri bir araya gətirərək, onlara təcrübə mübadiləsi aparmaq imkanı verir.

Azərbaycanın Beynəlxalq Astronavtika Federasiyasının “Launchpad” mentorluq proqramında təmsil olunması ölkədə gənclərin kosmik sahəyə marağının artması, texnoloji inkişafın əsas təhsil çağırışlarından olan STEM (Science, Technology, Engineering and Mathematics) yanaşmasında fəallıq nümayiş etdirmələri üçün stimul olacaq.

“Launchpad” mentorluq proqramı və qalibləri haqqında daha ətraflı məlumatı aşağıdakı keçiddən əldə edə bilərsiniz:

https://www.iafastro.org/news/the-iaf-is-pleased-to-present-the-mentees-of-the-2021/2022-iaf-launchpad-mentorship-programme.html

Qeyd edək ki, artıq 71 ildir fəaliyyət göstərən Beynəlxalq Astronavtika Federasiyasının 72 ölkədən 433 üzvü var. Azərbaycan Respublikasının Kosmik Agentliyi – Azərkosmos 2018-ci ildən federasiyanın fəal üzvüdür və 2023-cü ildə Bakı şəhəri kosmik sahənin ən böyük tədbiri olan Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi edəcək.


ŞƏRHLƏR






sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.