“Azərkosmos” azərbaycanlı alimlər, elm adamları və tədqiqatçıları kosmik sahə üzrə müsabiqələrə dəvət edir

08-12-2020 / 15:11

“Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti (ASC) azərbaycanlı alimləri, elm adamlarını və tədqiqatçıları kosmik sahə üzrə keçirilən Beynəlxalq Astronavtika Konqresi (“IAC 2021”) və Qlobal Kosmik Tədqiqat Konfransı (“GLEX 2021”) elm müsabiqələrində iştiraka dəvət edir.

Xeberler.az bildirir ki, bu müsabiqələr elm adamlarına elmi işlərini və ya məqalələrini 2021-ci il Dubay şəhərində keçiriləcək 72-ci Beynəlxalq Astronavtika Konqresində və Sankt-Peterburq şəhərində baş tutacaq Qlobal Kosmik Tədqiqat Konfransında təqdim etmək fürsəti yaradır.

Azərbaycanlı alimlər, elm adamları, o cümlədən tədqiqatçılar kosmik sahə üzrə öz elmi işlərini 2021-ci ildə keçiriləcək dünyanın ən böyük kosmik tədbiri – 72-ci Beynəlxalq Astronavtika Konqresində nümayiş olunması üçün qeydiyyatdan keçirməlidirlər. Bütün elmi işlər ingilis dilində “Microsoft Word” sənədində yazılmalı və 2021-ci ilin fevralın 28-nə qədər Beynəlxalq Astronavtika Federasiyasına təqdim olunmalıdır. Müsabiqədə iştirak etmək istəyənlər elmi işlərini aşağıdakı keçid vasitəsilə qeydiyyatdan keçirə bilər: https://www.iafastro.org/news/iac-2021-call-for-session-proposals-and-abstracts.html

Qeyd edək ki, 2020-ci ildə keçirilməsi planlaşdırılan Beynəlxalq Astronavtika Konqresi dünyada davam edən koronavirus (COVID-19) pandemiyası səbəbindən 2021-ci ilin oktyabrın 25-29-na təxirə salınıb və uyğun olaraq builki müsabiqənin nəticələri də növbəti il açıqlanacaq.

Bununla yanaşı, 2020-ci ildə Sankt-Peterburq şəhərində planlaşdırılan Qlobal Kosmik Tədqiqat Konfransı da 2021-ci ilin iyunun 14-18-nə təxirə salınıb. Tədqiqatçılar “GLEX 2020”nin mövzularına uyğun olaraq hazırladıqları elmi işlərini (əgər varsa) daha da inkişaf etdirib və ya “GLEX 2021” tədbirinin mövzularına uyğun yeni elmi işlərini gələn il yanvarın 29-na qədər aşağıdakı keçid vasitəsilə qeydiyyatdan keçirə bilərlər: https://iafastro.directory/iac/account/login/

“Azərkosmos” ASC “GLEX 2021” tədbirinin mövzularını elm adamlarının diqqətinə çatdırır:

- kosmik tədqiqat üçün beynəlxalq əməkdaşlığın qurulması

- ayın tədqiqi

- mars planetinin tədqiqi

- Yerə yaxın asteroidlərin tədqiq olunması

- kosmosda digər məkanların araşdırılması

- kosmik nəqliyyat

- kosmos üçün əsas texnologiyalar,

- kosmosa göndərilən insan missiyası üçün yaşayış şəraiti və tibbi dəstək

- kosmik stansiyalar

- kosmik resurslar

- kosmos üçün yerüstü hazırlıq fəaliyyəti

- kosmik tədqiqatın aparılması üçün sosial məsələlərin həlli yolları.

Beynəlxalq Astronavtika Konqresi 2021 haqqında daha ətraflı məlumat üçün keçid: https://www.iafastro.org/events/iac/iac-2021/

Qlobal Kosmik Tədqiqat Konfransı barədə daha ətraflı məlumat üçün keçid: https://www.iafastro.org/events/global-series-conferences/glex-2021/


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə