“Azərpoçt” MMC yeni “Mobil POS” xidmətini istifadəyə verib

22-01-2025 / 14:30

“Azərpoçt” MMC kiçik və orta sahibkarlar üçün vacib əhəmiyyət daşıyan “Mobil POS” xidmətini istifadəyə verib.

Xeberler.az məlumat verir ki, təqdim olunan “Mobil POS” xidməti POS-terminalın fiziki şəkildə deyil, mobil tətbiq üzərindən istifadəsini təmin edir və bu kimi digər üstünlükləri ilə sahibkarların işini asanlaşdırır.

Belə ki, “Mobil POS” xidmətinə qoşulmanın ödənişsiz olması, depozit tələbinin olmaması, tətbiqin təhlükəsizliyi və eləcə də gündəlik qəbul edilən ödənişlərin gün sonunda sahibkarın cari hesabına və ya biznes kartına köçürülməsi kimi imkanlar xidmətin rahatlığından xəbər verir.

Ödəniş sistemlərinin təhlükəsizlik tələblərinə tam cavab verən tətbiq istənilən təmassız ödənişləri (Apple Pay, Google Pay, VISA və MasterCard kartları) dəstəkləyir.

Xidmətdən istifadə etmək üçün hüquqi şəxslər və fərdi sahibkarlar “Play Market”dən “AzMPos” tətbiqini yükləyə bilərlər.

Qeyd edək ki, hesabın açılması ödənişsizdir. Eyni zamanda sahibkarlara əlavə olaraq bank kartı da hədiyyə edilir.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə