2025-ci ilin 4-5 noyabr tarixlərində Deutsche Post DHL Group (DPDHL) şirkətinin Bonn şəhərində yerləşən baş ofisində AZCON Holding şirkətlərindən olan “Azərpoçt” və Deutsche Post DHL Group nümayəndələrinin Ümumdünya Poçt İttifaqının (ÜPİ) dəstəyi ilə birgə görüşləri keçirilib.
Xeberler.az bildirir ki, zəfər zamanı tərəflər Deutsche Post DHL Group-un fəaliyyət istiqamətləri, əməliyyat modeli, rəqəmsallaşma strategiyası, poçt və bağlama axınlarının idarə edilməsi üzrə qabaqcıl təcrübələr, eləcə də elektron ticarət və logistika sahəsində əməkdaşlıq imkanlarını müzakirə ediblər.
Həmçinin, səfər proqramı çərçivəsində Köln və Troisdorf çeşidləmə mərkəzlərinə təşkil olunan təcrübə mübadiləsi zamanı “Azərpoçt” MMC-nin nümayəndə heyətinə avtomatlaşdırma texnologiyaları, ünvanların avtomatik tanınması, enerji səmərəliliyi və böyük axınların idarə olunması üzrə müasir proseslər nümayiş etdirilib.
Səfər nəticəsində əldə olunan biliklər “Azərpoçt”un əməliyyat səmərəliliyi, rəqəmsal inteqrasiya və xidmət keyfiyyətinin artırılması üzrə strateji hədəflərinin dəqiqləşdirilməsinə mühüm töhfə verib. Qeyd edilməlidir ki, Deutsche Post DHL Group-un Azərbaycanla potensial əməkdaşlığa hazır olduğunu vurğulaması ölkənin elektron ticarət imkanlarının genişlənməsi və beynəlxalq logistika şəbəkələrinə inteqrasiyasının sürətlənməsi üçün əhəmiyyətli perspektivlər açır.

Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları