16-20 iyun 2025-ci il tarixində Yaponiyada “Poçt sektorunun inkişafı üzrə beynəlxalq əməkdaşlıq seminarı” keçirilib.
Xeberler.az bildirir ki, tədbirdə bir sıra ölkələrin milli poçt operator rəhbərləri, o cümlədən AZCON Holding şirkətlərindən “Azərpoçt” MMC-nin İdarə heyəti sədrinin vəzifəsini icra edən İsi Mustafayev iştirak edib.
Seminarın ilk günü Yaponiyanın dövlət rəsmilərinin iştirakı ilə görüş keçirilib. Görüşün əsas məqsədi poçt sahəsində beynəlxalq əməkdaşlığın gücləndirilməsi, Yaponiya poçt xidmətləri təcrübəsinin paylaşılması və gələcək inkişaf istiqamətlərinin müzakirəsi olub.
Poçt işinin təşkilinin əyani şəkildə öyrənilməsi məqsədilə iştirakçılar “Japan Post Rakuten” Logistika Mərkəzinə və “İçikava-Minami” Poçt şöbəsinə səfər edərək poçt logistikasının və çeşidləmə mərkəzinin fəaliyyəti ilə yaxından tanış olublar.
Eyni zamanda təşkil olunan ikitərəfli və çoxtərəfli görüşlərdə “Azərpoçt”un inkişaf tarixi və son dövrlərdə həyata keçirilən transformasiya prosesləri barədə iştirakçılara məlumat verilib.
Sözügedən görüşlərdə Yaponiya nümayəndələri, eləcə də iştirakçı ölkələrlə cari ilin sentyabr ayında keçirilməsi planlaşdırılan Ümumdünya Poçt İttifaqının (ÜPİ) 28-ci konqresində Azərbaycanın ÜPİ-nin İdarəetmə və Poçt Əməliyyatları Şurasına 2026 – 2029-cu illər üçün namizədliyinin irəli sürülməsi və Azərbaycana səs verilməsi istiqamətində təbliğat işləri aparılıb.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları