İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu “Azexport.az” portalının əməkdaşları Azərbaycan Texniki Universitetində (AzTU) görüş keçirib.
Xeberler.az bildirir ki, görüşün məqsədi AzTU tələbələrinə “Azexport.az portalının iqtisadiyyata töhfəsi və beynəlxalq elektron ticarət platformaları mövzusunda ətraflı məlumat təqdim etmək, “Amazon”, “Ebay” və digər beynəlxalq platformalarda rəqəmsal ticarət və beynəlxalq bazarlara çıxış yolları barədə maarifləndirici müzakirələr aparmaq olub.
Tədbiri giriş sözü ilə açan AzTU-nun Maliyyə və təsərrüfat işləri üzrə prorektoru Rəşad Əliyev bildirib ki, çağdaş zamanda elektron ticarət rəqəmsal iqtisadiyyatın əsas bel sütunudur.
Prorektor AzTU-nun tədris müəssisəsi kimi bu sahəyə gətirdiyi yeniliklər, dərslərin universitet-sənaye iş birliyi çərçivəsində daha praktiki keçirilməsi, tələbələrin problemlərə yaradıcı həll yolu kimi yanaşaraq startaplarını düşünməyin əhəmiyyəti və nəticədə biznes dünyasına qatacağı qatqılardan bəhs edib. O, bu sahədə uğur qazanmaq istəyən AzTU tələbələrinə rəqəmsal bacarıqlarını inkişaf etdirməyi, analiz və çevik qərar qəbul etmə qabiliyyətini formalaşdırmağı və adaptasiya, ən son tendensiyaları, trendləri öyrənməyi, ən əsası, süni intellektlə birgə işləməyi tövsiyə edib.
Azexport.az portalının rəhbəri Ayxan Qədəşov öncə görüş üçün şərait yaratdığına görə AzTU rəhbərliyinə təşəkkürünü ifadə edib. O, daha sonra portalın təqdim etdiyi xidmətlər, elektron ticarət, onun üstünlükləri və riskləri haqqında məlumat verib.
“Rəqəmsal özünüməşğulluq imkanları” mövzusunda təqdimatla çıxış edən Ayxan Qədəşov dünyada və Azərbaycanda elektron ticarətin nüfuzunun və istifadəçilərinin sayının ildən ilə artdığını qeyd edib və tələbələrin bu istiqamətə fokuslanmasını tövsiyə edib. Daha sonra o, “Amazon”, “e-Bay” kimi beynəlxalq elektron ticarət platformalarının iş prinsipləri, qaydaları və rəqəmsal dünyadakı satış prosesinin tələbləri haqqında bilgi və təcrübələrini AzTU tələbələri ilə bölüşüb.
Çıxışlardan sonra sual-cavab sessiyası başlayıb və tədbir panel müzakirələri ilə yekunlaşıb.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları