AzMİU-nun tələbələri “Ağıllı parkinq qoruyucusu” layihəsini təqdim ediblər

07-11-2024 / 12:58

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə Mexanika və informasiya texnologiyaları fakültəsinin tələbələri Nuray Abdullazadə və Cavad Əliyev tərəfindən hazırlanmış “Ağıllı parkinq qoruyucusu” layihəsinin təqdimatı keçirilib.

Xeberler.az məlumat verir ki, layihə şəhərlərdə artan nəqliyyat vasitələrinin yaratdığı parklanma yeri problemini ağıllı və təhlükəsiz üsulla həll etməyi hədəfləyir. Layihə sürücülərə real vaxt rejimində məlumat verərək parklanma yeri tapmaq prosesini asanlaşdırır.

Təqdimat mərasimində professor Məzahir İsayev çıxış edərək layihəni yüksək qiymətləndirib. Professor əlavə olaraq digər tələbələri də texnologiya sahəsində öz kreativ fikirlərini reallaşdırmağa, ölkənin gələcək inkişafına töhfə verən layihələrdə fəal iştirak etməyə çağırıb.

Universitetin Tələbə Elmi Cəmiyyətinin sədri Günel İmamquliyeva isə çıxışında belə layihələrin tələbələrə təkcə nəzəri deyil, həm də praktik bacarıqlar qazandırdığını, şəhər problemlərinə bu cür həllərin tapılmasının sevindirici olduğunu söyləyib.

Qeyd olunub ki, bu təqdimat tələbələrin problemlərə ağıllı yanaşmasını və texnoloji həllər tapmaq bacarığını nümayiş etdirməklə yanaşı, universitetdə innovasiya və yaradıcılığı təşviq edən mühit yaratmağa yönəlib.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə