“Aztelekom” çağrı xidmətlərini vahid “170” Çağrı mərkəzində birləşdirir

23-02-2026 / 10:17

2025-ci ildə “Bakı Telefon Rabitəsi” MMC də daxil olmaqla bir sıra qurumların “Aztelekom” MMC-yə birləşdirilməsi çərçivəsində çağrı xidmətləri vahid platformada təqdim ediləcək.

Xeberler.az məlumat verir ki, bu dəyişikliklərə uyğun olaraq “155” xidməti mərhələli şəkildə “170” Çağrı Mərkəzinə inteqrasiya olunur.

Məlumata görə, 2 mart 2026-cı il tarixindən etibarən “155” nömrəsinə daxil olan zənglər avtomatik olaraq “170” Çağrı Mərkəzinə yönləndiriləcək. 1 aprel 2026-cı il tarixindən isə “155” xidmətinin fəaliyyəti tam dayandırılacaq.

Qeyd edək ki, həyata keçirilən bu yenilik telekommunikasiya xidmətlərinin daha səmərəli və operativ təşkili, eləcə də xidmət keyfiyyətinin yüksəldilməsi məqsədi daşıyır.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə