Azərbaycanın mobil rabitə operatoru “Bakcell” ölkədə ilk dəfə olaraq 4G şəbəkəsi üzərindən səs xidmətini (VoLTE - Voice over LTE) istifadəyə verib.
Xeberler.az bildirir ki, bu barədə şirkətdən deyiblər.
Bildirilib ki, abunəçilər artıq eyni vaxtda həm telefonla danışmaq, həm də LTE şəbəkəsində internetdən tam şəkildə yararlana biləcəklər.
“Bakcell”in VoLTE xidməti işğaldan azad olunmuş ərazilərimiz daxil olmaqla bütün ölkə ərazisində mövcuddur. Şuşada, Cıdır düzündə və Qarabağın digər ərazilərində quraşdırılan LTE şəbəkəsi sayəsində “Bakcell” abunəçiləri bu xidmətdən istifadə edə biləcəklər.
VoLTE texnologiyası smartfonların batareyadan qənaətlə istifadəsinə də təsir göstərir. Bu səs texnologiyası üzərindən zənglər daha sürətli və keyfiyyətli qurulur. (Apa)
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri