Previous Next
Bağla

Bakcell-ə şəbəkə ilə bağlı müraciətlərin sayı azalıb

10-12-2015 14:12
Bakcell-ə şəbəkə ilə bağlı müraciətlərin sayı azalıb

Bakcell şirkəti şəbəkənin intellektual təhlili vasitəsilə müştəri şikayətlərinin həlli zamanı tədbirlərin görülməsi, proaktiv aşkarlama və xidmət keyfiyyətinin artırılmasına yönələn Müştəri Təcrübəsinin İdarə Edilməsi Sistemi vasitəsilə əməliyyatların effektivliyinin artırılmasına nail olunub.

Şirkətdən Xeberler.az-a verilən məlumata görə, 2014-2015-ci illər üzrə şirkətin Məlumat Mərkəzinə daxil olan müraciətlərin təhlili göstərir ki, ötən il ilə müqayisədə şəbəkə ilə bağlı müraciətlərin sayı 61 faiz, internetlə bağlı  isə 72 faiz azalıb.

“Məlumat Mərkəzinə şəbəkə ilə bağlı daxil olan zənglərin ciddi şəkildə azalması bir daha Bakcell şirkətinin qabaqcıl  şəbəkəyə malik olmasını sübuta yetirir. Müştəri Xidmətləri və Texnoloji departamentlərinin əməkdaşları abunəçilərin şəbəkə ilə bağlı müraciətlərini operativ şəkildə araşdırırlar və mümkün qədər qısa müddət ərzində abunəçinin istəyini reallaşdırmaq üçün müvafiq tədbirlər görürlər. Əminik ki, şirkətimizin şəbəkənin təkmilləşdirilməsi istiqamətində apardığı işlər özünü mükəmməl müştəri təcrübəsinin əldə edilməsi şəklində göstərəcək və növbəti il abunəçilərimizin şəbəkə ilə bağlı müraciətlərinin sayında daha çox azalma müşahidə edəcəyik”, - deyə Bakcell şirkətinin müştəri xidmətləri üzrə baş direktoru Selda Korkmaz Bostancıoğlu bildirib.

Qeyd edək ki, son 24 ay ərzində şirkət rayonlarda 3G baza stansiyalarının sayını 100 faiz artırıb. Bu isə öz növbəsində şəbəkənin ötürücülük qabiliyyətini 72 faiz gücləndirib, 3G şəbəkəsinin əhatə dairəsini genişləndirərək əhali üzrə 14 faiz artıraraq 95.3 faizə, ərazi üzrə isə 27 faiz artıraraq 75.9 faizə çatdırıb.

Şirkət tərəfindən kənd yerlərində şəbəkənin əhatə dairəsini genişləndirmək, penetrasiya göstəricilərini və müvafiq müştəri təcrübəsini yüksəltmək üçün baza stansiyalarının sayı artırılıb. Yüksək keyfiyyətli son nəsil data xidmətlərində istifadə olunan yüksək məlumatötürmə qabiliyyətini  dəstəkləmək və abunəçilərə 3G DC-HSPA şəbəkəsində 42 Mbps qədər sürət, LTE-A şəbəkəsində isə 225 Mbps qədər sürət təmin etmək məqsədilə radiotezlik spektri təşkil və refarminq edilib.

 

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Bakcell şəbəkə yenilənməsinin başa çatdığını elan edir

03-11-2015

“Sərfəli qiymətlərlə ən üstün mobil rabitə xidməti təqdim edirik”

30-09-2015

“Şəbəkəmizi genişləndirərək rəqiblərimizi üstələyirik”

13-08-2015

Nar 4,5G baza stansiyalarının sayını 60 faiz artırıb

17-01-2020

Regionlarda 4G “Nar” şəbəkəsindən istifadə edənlərin sayı iki dəfə artıb

02-12-2019

“Müştərilərimizin 3.5 faizi şikayət üçün zəng edir”

20-12-2015

Azercell şəbəkə infrastrukturunun inkişaf dinamikasını təqdim edir

15-09-2025

Aztelekom: Xidmət keyfiyyəti göstəricilərində müsbət nəticələr müşahidə olunur

15-01-2026

Bakcell-in 4G şəbəkəsinin əhatə dairəsi genişləndi

09-08-2018

Bütün Abşeron 4G-dən istifadə edə biləcək

07-10-2015

Bakcell ölkə ərazisində mobil rabitə xidmətinin dayanıqlığını təmin edib

04-07-2018

Bakceldən 5Gb PULSUZ 4G interneti təqdim olunacaq

03-09-2018

"Bakcell mobil internetin sürətinə görə ölkədə liderdir" - Netindex

10-03-2015

Nar 2018-ci ilin yekunları ilə bağlı hesabatını açıqlayıb

13-03-2019

Nar ötən il yüksək nəticələr əldə edib

12-01-2018

Azercell AVRO-2020-də yüksəkkeyfiyyətli mobil şəbəkə təqdim edir

18-06-2021

Bakcell Azərbaycanın ən sürətli mobil şəbəkəsi elan olundu

09-09-2021

Bakcell yüksək nəticə göstərib

03-05-2019

Nar baza stansiyalarını 25 faiz artıracaq

01-03-2018

Bakcell sosial şəbəkələrdə abunəçi sorğularını 100 faiz cavablandırıb

15-01-2019

Bakcell-in bütün internet paketləri 4G şəbəkəsində istifadə oluna bilər

21-08-2018

Bakcell ən yaxşı mobil şəbəkə seçildi-Foto

11-10-2017

Bakcell abunəçiləri daha sürətli mobil internetdən faydalana biləcək

15-10-2015

Azercell LTE şəbəkəsinin əhatə dairəsini 85 faizə çatdırıb

08-12-2020





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə