Bakıda ilk rəsmi “Rolls-Royce motor cars” texniki servis mərkəzi açılıb

13-11-2015 / 14:20

Rolls-Royce Motor Cars şirkətinin Azərbaycanda rəsmi idxalçısı olan Improtex Motors şirkəti Azərbaycanda ilk Rolls-Royce Texniki Servis Mərkəzinin rəsmi açılış mərasimini keçirib.

Xeberler.az bildirir ki, Rolls-Royce Texniki Servis Mərkəzi avtomobilin elektronikası və mexaniki hissələrində təmir və yenilənmə işlərinin aparılması üçün Rolls-Royce standartlarına tam cavab verən yüksək keyfiyyətli və sertifikatlaşdırılmış müasir avadanlıqlarla təchiz olunub. 

Burada eyni zamanda iki avtomobilə xidmət göstərmək mümkündür ki, bütün iş və xidmətlər təmir reqlamentinə uyğun olaraq göstərilir. Təmir prosesi avtomobil sahibi tərəfindən rahatlıqla izlənilə bilər.

Improtex Motors şirkətinin baş direktoru Həsən İsmayılovun sözlərinə görə, yeni Rolls-Royce Texniki Servis Mərkəzində bütün işlər planlı şəkildə aparılır, texniki xidmət və ehtiyat hissələrinin dəyişdirilməsi proseslərinə bir neçə peşəkar mütəxəssis nəzarət edir:

"Mərkəzimizdə göstərilən bütün xidmətlər müasir standartlara və istehsalçı şirkətin tələblərinə tam cavab verir və texniki xidmətdən sonra bütün müştərilərimiz Rolls-Royce tərəfindən tam zəmanət əldə etmiş olurlar. Keyfiyyət, effektivlik və innovasiyalar – Rolls-Royce Texniki Servis Mərkəzində müştərilərə göstərilən xidmətin üstün cəhətləridir”.

Tədbir zamanı hədiyyə qismində Rolls-Royce sahiblərinə avtomobilləri pulsuz diaqnostikadan keçirmək təklif olunub.

Qeyd edək ki, ötən ilin oktyabr ayında Bakının mərkəzində xüsusi mühitə malik olan Rolls-Royce Motor Cars Baku satış və sərgi salonu öz ziyarətçilərinə xüsusi Bespoke xidmətini təklif edir – müştərilər sifariş proqramı çərçivəsində öz fərdi Rolls-Royce avtomobillərinin komplektasiyasını zövqə uyğun müəyyənləşdirə bilər.

Proqram 44 mindən artıq rəng palitrası və geniş dəri spektrinə malikdir.

 

Xeberler.az

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə