Bakıda “Microsoft” İnnovasiyalar Günü keçiriləcək

03-05-2011 / 00:05

“Microsoft” korporasiyasının Azərbaycan nümayəndəliyi Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin dəstəyi ilə may ayının 3-də Bakıda artıq ənənəyə çevrilmiş İnnovasiyalar Günü keçirəcək. 


Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirovun verdiyi məlumata görə, tədbirdə korporasiya öz texnologiyaları bazasında yaradılmış və ölkədə elektron imzanın tətbiqi üçün nəzərdə tutulmuş platformanı təqdim edəcək.


Platforma “Microsoft Azerbaijan”, “Ultra” və “Azerin” şirkətlərindən ibarət konsorsium tərəfindən yaradılıb. Dövlət strukturlarının nümayəndələri, Azərbaycanın aparıcı İT-şirkətlərinin rəhbərləri, eləcə də informasiya texnologiyaları sahəsinin mütəxəssisləri və ekspertlərinin qatılacağı İnnovasiyalar Günü çərçivəsində innovasiya proseslərinin ölkənin və cəmiyyətin inkişafına təsirinə həsr olunmuş müxtəlif mövzular üzrə diskussiyalar aparılacaq.//lent.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə