Bakıda “Qlobal peyk naviqasiyası sistemlərinin tətbiqi sahələri” mövzusunda beynəlxalq simpozium keçirilir.
Tədbir Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin, Birləşmiş Millətlər Təşkilatının Kosmik Məkan Məsələləri üzrə İdarəsinin (BMT KMMİ) və Avropa Kosmik Agentliyinin təşkilatçılığı ilə təşkil olunub.
Simpoziumda Azərbaycan rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov, Azərbaycan Milli Aviasiya Akademiyasının rektoru Arif Paşayev, Ali Attestasiya Komissiyasının sədri Arif Mehdiyev, həmçinin BMT-nin Kosmik Məsələlər üzrə Proqramının rəhbəri Hans Haubold, ABŞ Dövlət Departamentinin kosmik məsələlər üzrə xüsusi nümayəndəsi Ken Hodgkins və 32 ölkənin sahə üzrə 50-dək nümayəndəsi iştirak edir.
Azərbaycan, Argentina, Çin, Misir, Almaniya, Hindistan, İran, İraq, İtaliya, Qazaxıstan, Qırğızıstan, Latviya, Livan, Moldova, Mərakeş, Norveç, Pakistan, Polşa, Rumıniya, Rusiya Federasiyası, Şri-Lanka, İsveçrə, İsveç, Suriya, Tacikistan, Tunis, Türkiyə, Ukrayna, ABŞ və Özbəkistandan olan nümayəndələr seminarın işində yaxından iştirak edirlər.
Beynəlxalq konfransda yüksək sürətli tələbatla artan naviqasiya sistemləri və idarə olunması, belə sistemlərin iqtisadi səmərəliliyi, həmçinin Qlobal Peyk Naviqasiya Sistemlərinin (QPNS) fəaliyyəti və inkişafı, QPNS üzrə məlumatların toplanması təhlili məsələləri müzakirə olunur. Simpoziumda müzakirə olunan prioritet məsələlərdən biri də Azərbaycanda Qlobal Kosmik Naviqasiya sistemləri üzrə regional mərkəzin açılmasıdır. Simpoziumda iştirak edən dünya şöhrətli alimlər keçirilən konfransın hər bir ölkə üçün əhəmiyyətli olacağını bildiriblər.
Seminar qarşısında duran əsas vəzifələr isə regionda QPNS texnologiyasının tətbiqinin mümkün faydası barədə rəhbər işçilərin, metodika və strategiya tərtibatçılarının daha geniş məlumat almalarını təmin etmək, beynəlxalq, regional eləcə də milli səviyyədə QPNS infrastrukturunun həyata keçirilməsi, sosial-iqtisadi artımın inkişafı üçün QPNS texnologiyasından istifadə edən regional/milli pilot layihələrin təkmilləşdirilməsi, QPNS texnologiyalarının istifadəsi, həmçinin tətbiqi ilə bağlı təhsil və təlimlərin həyata keçirilməsidir.
Seminar proqramına həmçinin Qlobal Naviqasiya Peyk Sistemlərinin fəaliyyət və inkişafı, regional hesablama sistemləri tərəfindən həyata keçirilən QPNS üzrə məlumatların toplanması və təhlili də daxildir. Bundan başqa, simpoziumun proqramına beynəlxalq kosmik hava təşəbbüsü və QPNS texnologiyasının tətbiqi ilə bağlı milli proqramlar barədə ümumi təsəvvürlərin verilməsinə həsr edilmiş sessiyalar daxil edilmişdir.
Qeyd edək ki, indi Amerika Birləşmiş Ştatlarının Qlobal Mövqe Təyinetmə Sistemi (QMTS), Rusiya Federasiyasının Qlobal Peyk Naviqasiya Sistemi (QPNS), Avropanın Qalileo Sistemi və Çinin Kompas/BeiDou, Hindistanın Qlobal Mövqe Təyinetmə Sistemi eləcə də, GeoStasionar Genişlənmiş Naviqasiya Sistemi (GGNS), Yaponiyanın Kvazi-Zenit Peyk Sistemi (KZPS) kimi mövcud qlobal naviqasiya sistemlərini genişləndirən çoxlu sayda peyklər vardır. Xüsusilə, inkişaf etməkdə olan ölkələr üçün Qlobal Peyk Naviqasiya Sistemləri üzrə tətbiq sahələri iqtisadi inkişafa aparan və davamlı inkişafı dəstəkləyən sərfəli variant təklif edir. Peyk naviqasiyası indi bir çox sektorlarda həmçinin xəritəçəkmə və geodeziya, ətraf mühitin monitorinqi, dəqiq kənd təsərrüfatı, təbii resursların idarə edilməsi, qəza hallarının aradan qaldırılması, aviasiya, dəniz və quru nəqliyyatı kimi sahələrdə istifadə olunur.Xatırladaq ki, tədbir may ayının 15-dək davam edəcək.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri