“Bakutel-2015 sərgisində yeni xidmətlərimiz təqdim olunacaq”

01-12-2015 / 14:38

1997-ci ildə təsis olunan Caspian Telecom şirkəti Ailə TV və Ailə NET brendlərinin sahibidir. Şirkət fəaliyyətinin ilk günlərindən xidmət keyfiyyətinin yüksək saxlanması və müasir texnologiyaların tətbiqini ön plana çəkir.

Bu ilin aprel ayında şirkət ən son innovativ xidmətini təqdim edib. Televiziya kontentini kabelsiz və antensiz, yalnız internet üzərindən dünyanın istənilən yerində izləmək imkanı yaradan yeni IP TV xidməti Azərbaycanda ilk belə servisdir. OTT TV (Over the Top) texnologiyası əsasında çalışan Ailə TV-nin IP TV xidməti 2 Mbit/s-dən yüksək internet bağlantısı olan istənilən yerdə 200-dək yerli və xarici telekanalı izləmək imkanı yaradır.

Hazırki fəaliyyət və gələcək inkişaf istiqamətəri haqqında şirkətin direktor müavini Mahizər Tağıyevanın Xeberler.az-a müsahibəsini təqdim edirik.

-Caspian Telecom şirkəti həqiqətən də İKT sahəsində innovasiyalarda öndə olan şirkətlərdən hesab olunur. Hazırda müştərilərinizə hansı xidmətlər təqdim edirsiniz?

– Bəli, düzgün qeyd etdiniz. Şirkət ölkənin ən iri internet provayderlərindən olan Ailə NET və Ailə TV kabelteleviziyası brendlərinin sahibidir. Bundan əlavə şirkət tərəfindən korporativ sahədə geniş spektor İKT xidmətləri. Korporativ sahədə şirkət hazırda iri banklar, dövlət qurumları, mehmanxana, tibb ocaqları və digər müəssisələrlə çalışır.

Telekommunikasiya kanallarının mütəmadi modernizasiyası və optimizasiya nəticəsində biz İT xidmətlərin daim yüksək standartlara uyğun olmasına nəzarət edirik və müştərilərimizin sayının artımı ilə yanaşı xidmət keyfiyyətinin də yüksəldilməsinə çalışırıq.

– Siz Caspian Telecom şirkətinin imkanları mövzusuna toxundunuz, bu mövzunu davam etdirmək istərdik. Sirr deyil ki, şirkətin uğuru tətbiq etdiyi texnologiyalardan birbaşa asılıdır. Bəs Caspian Telecom şirkəti hansı şəbəkə texnologiyalarından istifadə edir?

– Təsadüfi deyil ki, Azərbaycanda ilk dəfə rəqəmsal kabel televiziyası xidmətləri məhz Ailə TV tərəfindən təqdim olunub. Bundan əlavə ölkədə ilk dəfə HD yayım da Ailə TV-nin nailiyyətlərindən hesab olunur. Bir ilk olaraq ən son təqdim etdiyimiz xidmət olaraq isə İPTV xidmətini qeyd etək istərdim. Over The Top texnologiyası platformasında çalışan xidmət dünyanın istənilən ölkəsində kabelsiz və antensiz Ailə TV şəbəkəsində retranslasiya olunan telekanalları izləmək imkanı yaradır. Azərbaycanın ilk fiber optik internet provayderi Ailə NET-dən artıq geniş əhatə dairəsinə malikdir. İndi Bakı və Gəncə şəhərinin sakinləri 8 Mbit/s-dən 100 Mbit/s-dək yüksəksürətli fiber optik internet bağlantıdan istifadə edə bilirlər.

Qeyd etmək istəyirəm ki, şəbəkə texnologiyaları ilə yanaşı, cəmiyyətimiz qarşısında öz sosial missiyamızı da dərk edir və  fəaliyyətimizin cəmiyyətimiz üçün faydalı olmasını hər zaman diqqətdə saxlayırıq.

– Son zamanlar mobil televiziya haqqında çox söz-söhbətlər gəzir, bu layihənin perspektivləri haqqınd nə deyə bilərsiniz? Bu layihənin Azərbaycanda tətbiqinə şirkətiniz tam hazırdırmı?

– Biz dünyada baş texnoloji proesləri diqqətlə izləyirik və gələcək fəaliyyətimizi planlaşdıraraq hər zaman telekommunikasiya sahəsinin flaqmanlarından olmağa çalışırıq. Televiziya texnologiya bazarı hazırda sürətli yenilənmə dövrünü yaşyır. Bizim təqdim etdiyimiz İPTV xidməti müasir televiziya texnologiyaları tələblərinə tam uyğundur. Ailə TV-nin android cihazı, Ailə TV Player vasitəsilə indi istənilən yerdə həm yerli həm də xarici telekanalları kabelsiz və antensiz izləmək mümkündür. Tələb olunan tək şey, 2 mbit/s sürətli minimal internet bağlantının olmasıdır. Bundan əlavə İPTV abunəçilərimizi telekanalların yayımı bir neçə günlük geriyə çəkərək istənilən verilişi təkrar da izləyə bilərlər.

Qarşıdan gələn, BakuTel-2015 Beynəlxalq İT və Telekommunikasiyalar sərgisində yeni xidmətimizin özəllikləri ilə daha geniş tanış ola biləcəksiniz.

–Telekommunikasiyalar sahəsi durğunluq sevmir və daim yenilikləri sevir. Hansı yeni layihələri yaxın gələcəkdə planlaşdırırsınız? Abunəçiləri daha nələrlə sevindirəcəksiniz?

– Əlbəttə ki, bu sahədə hər zaman ən azı bir addım öndə olmalısan, gələcəyi indi görməlisən. Biz də bu istiqamətdə səylə çalışırıq. Hazırda mobil televiziyanın inkişafı ilə bağlı geniş planlarımız var. Bundan əlavə müştəri məmnuniyyətinin qorunması məqsədilə də planlı şəkildə işlər aparırıq. Artıq 920 məlumat mərkəzini həm texnoloji həm də kadrlar faktoru baxımından tam yeniləmişik.

Yeni texnologiyaların tətbiqi ilə yanşı mövcud xidmətlərimizin də optimallaşdırılması əsas prioritetlərimizdəndir. Hazırda Ailə NET internet provayderinin əhatə dairəsi artıq demək olar ki, Bakı və Gəncə şəhərlərini tam olaraq yüksək sürətli internetlə təmin edi. Biz bu istiqamətdə işlərimizi davam etdirmək niyyətindəyik və fiber optik şəbəkə ilə hər evi təmin etmək məqsədini qarşımızda qoymuşuq.

 

Mirvari Nəcəf


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə