Previous Next
Bağla

Bakutel-də nələr təqdim edilir?-Fotolar

29-11-2016 17:04
Bakutel-də nələr təqdim edilir?-Fotolar

Məlum olduğu kimi, bu gündən Bakı  Ekspo Mərkəzində Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları - Bakutel 2016 Sərgi-Konfransı bu gün başlayıb.

Xeberler.az-ın məlumatına görə, builki sərgi dünyanın 18 ölkəsini təmsil edən 200-ə yaxın şirkəti bir araya toplayıb.

Bu il Bakıda keçirilən sərgiyə ilk dəfə  Fransanın Vivaction, Rusiyanın Balt-Energo şirkətləri, Belarusun Beltelecom kimi dövlət strukturları, Xorvatiyanın Banksoft, Secom, Span, Amerikanın DELL EMC, Ukraynanın MUK, Çinin FECBBT Telecom şirkətləri, eləcə də CBC sport TV, GSS və digər yerli şirkətlər var.

Dell şirkəti hərbi sahə ilə bağlı olan noutbukunu təqdim edib.

Sərgidə ilk dəfə iştirak edən CBC Sport  HD yayım texnologiyasını təqdim edir

 

Bu il dünyanın 9 ölkəsi - Niderland Krallığı, Avstriya, Belarus, İran, İtaliya, Sloveniya, Türkiyə, Xorvatiya və Fransa milli stendlərdə öz ölkələrinin aparıcı şirkətləri ilə yanaşı, həm Azərbaycan, həm də bütün Xəzəryanı region üçün innovativ hesab edilən layihələri, eləcə də İKT sahəsində məhsul və xidmətlərini təqdim edir.

Niderland Krallığı milli pavilyonla sərgidə ilk dəfə təmsil olunur.

İlk dəfə olaraq sərgi çərçivəsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeli qurum və müəssisələri eyni milli pavilyonda məhsul və xidmətlərini, həyata keçirdiyi layihələri təqdim edir.

Bu stendə yerli və beynəlxalq startaplarımız da öz məhsullarını təqdim edir.

Stenddə telekommunikasiya, poçt, yüksək texnologiyalar, o cümlədən peyk, nanotexnologiyalar, “Elektron hökumət” və “Elektron imza” infrastrukturu, Data Mərkəzin “bulud” texnologiyası əsasında xidmətləri üzrə həyata keçirilən layihələr və  əldə edilmiş ən son nailiyyətlər nümayiş olunur.

Sərgi çərçivəsində görmə qabiliyyəti məhdud olan insanlar üçün “Danışan kitabxana”, dünyada  “Google Art Project” kimi“Muzeylərin rəqəmsallaşdırılması” layihələri də təqdim edililir.

Dünyanın tanınmış İT şirkətlərindən Huawei şirkəti sərgidə “My Beautiful Azerbaijan” (“Mənim gözəl Azərbaycanım”) layihəsini təqdim edəcək, ZTE şirkəti isə sərginin qonaqlarını “Smart Cities” konsepsiyası ilə tanış edir.

 Formula 1 VR Baku City Circuit oyunu - ən son virtual reallıq texnologiyası əsasında hazırlanan oyundur. Bu virtual reallıq oyunu Bakıda Formula 1 trasında yarış imkanı yaradır.

 Stenddə 360 dərəcəlik foto-video çəkilişləri də reallaşdırılır.

 

Məltəm Talıbzadə

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Bakutel-də nələr olacaq?-Proqram

28-11-2016

İlham Əliyev Bakutel-2016 sərgisi ilə tanış olub-Foto

30-11-2016

Məşhur İT şirkətlər Bakıya gəlib

04-12-2017

Bu il Bakutel-də ən son texnologiyalar təqdim ediləcək

21-11-2016

“Bakutel aparıcı biznes rəhbərlərinin görüş yeridir”

05-12-2017

Bakutel 2015-də 200-dən artıq şirkətin iştirakı gözlənilir

14-09-2015

Bakutel 2015 - Fotolarda

02-12-2015

Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları sərgi və konfransı

17-11-2018

Bakıda “BakuTel-2010” sərgisi açıldı

24-11-2010

Bakutel 2015-də iştirak edəcək ölkələrin adı təsdiqlənib

26-10-2015

İlham Əliyev Bakutel sərgisi ilə tanış olub-Foto

06-12-2017

Azərbaycan nümayəndələri Minskdə İKT sərgidə iştirak edir

19-04-2017

Sabah Bakutel 2015 sərgisi keçiriləcək

01-12-2015

Azərbaycan texnologiya sərgisində iştirak edəcək

08-06-2015

Bakutel 2017-də hansı yeniliklər olacaq?

19-09-2017

AzerTelecom Baku Tel 2018 sərgisində iştirak edəcək

24-11-2018

Azercell ITU Telecom World 2019 beynəlxalq sərgisində iştirak edib

10-09-2019

“Bakutel-də İKT şirkətlər arasında ciddi rəqabət olur”

02-11-2016

Bakutel sərgisinə həsr olunmuş mətbuat konfransı keçirilib

02-12-2019

Azercell ölkəmizi beynəlxalq sərgidə təmsil edib

21-05-2018

Azərbaycan beynəlxalq İT forumda təmsil edilir

16-05-2018

Bakıda 16-cı “BakuTel” sərgi və konfransı keçiriləcək

11-11-2010

Bakutel-2018 bir sıra yeniliklərlə yadda qaldı

08-12-2018

Nar BakuTel-2018 sərgisində iştirak edəcək

30-11-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə