BANM-da “Hult Prize On Campus” mərhələsi keçirilib

18-02-2025 / 10:39

SOCAR-ın Bakı Ali Neft Məktəbində (BANM) “Hult Prize On Campus” mərhələsi keçirilib. Yarışma, Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı İnkişaf Məqsədlərinə (SDG) uyğun olaraq, müəyyən edilmiş konkret sosial problemə həsr olunub.

Xeberler.az bildirir ki, bir sıra qurumlardan olan şəxslər münsif qismində iştirak ediblər. Tədbir öncəsi BANM rektoru Elmar Qasımov qonaqlarla görüşüb. İnnovasiya sahəsində BANM tələbələrinin uğurları və aktivliyi bu istiqamədə gələcəkdə hədəflər barədə söhbət aparılıb.

Tədbiri açıq elan edən BANM-ın rektoru Elmar Qasımov iştirakçılara uğurlar arzulayıb və tələbələrin sahibkarlıq sahəsində beynəlxalq arenada parlaması üçün belə platformaların əhəmiyyətini vurğulayıb.

Ali Məktəbin 10 aktiv startap komandası iştirak edib. Hər il olduğu kimi, bu il də tələbələr qlobal əhəmiyyətli problemlərin həlli istiqamətində çıxış edərək, öz innovativ ideyaları ilə mübarizə aparıblar.

Xatırladaq ki, ötən il Bakı Ali Neft Məktəbinin “Agroficient” komandası Lissabonda keçirilən regional mərhələnin qalibi olaraq qlobal akselerasiya proqramında iştirak etmək hüququ qazanmışdı.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə