Bakı Ali Neft Məktəbi (BANM) ilə “Bayraktar Teknoloji Azərbaycan” MMC arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.
Xeberler.az məlumat verir ki, rektor Elmar Qasımov imzalanma mərasimində memorandumun tələbə təcrübə proqramları və təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını qeyd edib.
“Bayraktar Teknoloji Azərbaycan” şirkətinin baş icraçı direktoru Hüseyin Topuz əməkdaşlığın tərəflər üçün strateji əhəmiyyətini vurğulayıb və bu istiqamətdə mühüm layihələrin gerçəkləşəcəyini diqqətə çatdırıb.
Görüşdə, həmçinin “Bayraktar Teknoloji Azərbaycan” şirkətinin baş texnologiya direktoru Ərdoğan Akhan, Süni intellekt komandası rəhbəri Zərəfşan Məmmədova, T3 Vəqfinin direktoru Ahmet Köse və BANM-in əməkdaşları iştirak ediblər.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları