BDU-da “Elsevier”in nümayəndəsi ilə görüş keçirilib

21-08-2025 / 19:55

Bakı Dövlət Universitetində (BDU) beynəlxalq elmi nəşriyyat və akademik məlumat bazaları sahəsində dünyanın lider qurumlarından biri olan “Elsevier” şirkətinin Türkiyə və Mərkəzi Asiya ölkələri üzrə nümayəndəsi Ayhan Akanay Saracoğlu ilə görüş keçirilib.

Xeberler.az məlumat verir ki, tərəflər universitetin elmi fəaliyyətinin beynəlxalq platformalarda daha geniş təqdim olunması, tədqiqat nəticələrinin nüfuzlu elmi bazalarda yayımlanması, elmi məhsuldarlığın artırılması və müasir idarəetmə mexanizmlərinin tətbiqi istiqamətində əməkdaşlıq imkanlarını müzakirə ediblər.

Qeyd edək ki, avqustun 13-də “Elsevier”in digər nümayəndəsi Yasemin Solay ilə keçirilmiş görüşdə də universitetin elmi fəaliyyətinin səmərəli idarə olunması, beynəlxalq indekslərdə təmsilçilik və gənc tədqiqatçılar üçün təlimlərin təşkili məsələləri müzakirə edilib. Ayhan Akanay Saracoğlu ilə keçirilən bu görüş həmin müzakirələrin məntiqi davamı olaraq, əməkdaşlığın daha geniş regional müstəvidə inkişafına xidmət edir.

Rektor Elçin Babayev vurğulayıb ki, “Elsevier” ilə ardıcıl keçirilən görüşlər universitetin beynəlxalq elmi əlaqələrinin möhkəmlənməsinə, tədqiqatların dünya akademik ictimaiyyətinə çatdırılmasına və BDU-da innovativ elmi mühitin formalaşmasına töhfə verəcək.

Ayhan Akanay Saracoğlu isə BDU ilə əməkdaşlıqdan məmnunluğunu ifadə edərək, universitetin elmi potensialının regionda aparıcı mövqedə olduğunu bildirib. “Elsevier”in bu potensialın beynəlxalq miqyasda tanıdılması üçün dəstək göstərməyə hazır olduğunu qeyd edib.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə