Previous Next
Bağla

BDU tələbələri auditoriyalardakı kameralara etiraz edir

29-10-2010 00:03
BDU tələbələri auditoriyalardakı kameralara etiraz edir

 Xəbər verdiyimiz kimi, Bakı Dövlət Universitetində təhlükəsizlik məqsədi ilə audutoriyalara kameralar quraşdırılıb. Bəs görəsən tələbələr və müəllimlər bu addımı necə qarşılayırlar ? Biz də bu suala cavab tapmaq məqsədilə BDU-da sorğu keçirdik.

 Aysel Fərziyeva: “Məncə, bu kameraların quraşdırılması təhlükəsizlik adı ilə nəzarətedici xarakter daşıyır. Adutoriyada tələbələr üzərində nəzarətin olması isə heç xoş deyil. Kameraların auditoriyalarda quraşdırılması, məncə təhsilin səviyyəsinə müsbət təsir göstərməyəcək”.

 Fatimə Kərimova: “Düşünürəm ki, bu tədbir mənasızdır. Bəhanə edilir ki, bəzi tələbələr dərsdə telefonla oynayır, dərsə qulaq asmır. Əgər mühazirə müəllimlər sovetdən qalma cümlələrlə dərsi keçirlərsə, tələbə nə etsin? Burdakı tələbələrin hər biri yetkinlik yaşına çatmış gənclərdir. İstəyən mühazirəyə qulaq asmaya bilər. Bunu kamera ilə izləmək isə, bizim hüquqlarımıza müdaxilə deməkir”.

Bəhruz Qaçayev:  “Kameraların auditoriyalara quraşdırılmasının qəti əlehinəyəm! Deyə bilərlər ki, bu təhlükəsizlik üçündür. Məncə bu kameralar dəhlizdə quraşdırılmalıdır. Kameraların quraşdırılması müəllim və tələbələr arasında sərbəst əlaqə qurulmasına maneçilik törədir. Mən bunu hüquqlarımızın pozulması kimi qəbul edirəm. Ən azından bu kameralara xərclənən pullar, jurnalistika fakültəsinin studiyasının yenilənməsinə, professional kameraların alınmasına xərclənə bilərdi”.

Ramiq Qəmbərov: “Neçə vaxtdır hər gün gözümüzə sataşan, kameralar axır ki, fəaliyyətə başladı. Dərsdə məni görüntüləyən bir kameranın olması mənə necə müsbət nəticələr verə bilər. Kameraların nəyə lazım olmasını heç cür başa düşmək olmur. Əgər bu təhlükəsizlik üçündürsə, onda bunu dəhlizdə yerləşdirin. Başqa universitetlərimdə oxuyan dostlarıma bu haqda deyəndə, mənə gülürlər. Həqiqətən də gülünc bir haldır. Bu nədi? Müəllimdən icazə alıb çıxmaq istəyəndə isə müəllim kameranı göstərib, icazə vermir. Başa düşə bilmirəm məgər biz robotuq”?

Qumru Mustafayeva: “Adutoriyalara kameraların quraşdırılması çox gülüncdür. Tələbələri çərçivəyə salırlar. Tələbələr başqa işlə məşğul olsalar belə, heç kəs onlara nəyisə məcbur etdirə bilməz. Sovet beyinli müəllimlərin bir yığın sözlərini eşitməkdənsə, kitab oxumaq daha yaxşıdır. Olmazdımı ki, o kameralara xərclənən pullar, tələbələrə studiyada lazım olan avadanlıqlara xərclənərdi”?

Türkiyəli tələbələr də kameraların auditoriyalara quraşdırılmasına narazılıqlarını bildirdiər.
Hasan Enes Ünlü: “Auditoriyalara kameraların quraşdırılması tələbələri olduqca narahat edir. Bu addım çox mənasızdır. Axı biz, yetkinlik yaşına çatmış gənclərik. Kimi kimdən qorumaq üçün bu addım atılır? Kameraların qaldırılmasını istəyirəm”. 

Zeynal Məmmədli: Tədrisin keyfiyyətini yaxşılaşdırmaq adı altında ifadə azadlığını məhdudlaşdırmasıdır bu.

BDU jurnalistika fakültəsinin müəllimi, media eksperti Zeynal Məmmədlinin də məsələylə bağlı fikirlərini öyrəndik.

“Neft Akademiyasında baş verən məlum olaydan sonra, ali məktəblərdə təhlükəsizliyi qorumaq zəruri oldu. Bunun ən kəsərli yollarından biri də video müşahidədən istifadə etməkdir. Universitet ərazisində video görüntülərin olması çox təbii və vacibdir. Arzu olunmayan hadisələrin üzə çıxarılması yönümündə böyük xidmətləri olur bu kameraların. Ancaq, kameraların auditoriyaya qoyulması bəzi suallar doğurur. Əgər bu kameralar müəllim və tələbə arasında ideolaji fərqləri, siyasi söhbətləri, fikir ayrılığı doğuran məsələlərli işıqlandıracaqsa, onda bu ifadə azadlığına qarşı yönəlmiş bir addım hesab etmək olar. Tədrisin keyfiyyətini yaxşılaşdırmaq adı altında ifadə azadlığını məhdudlaşdırmasıdır bu. Amma, bunun arxasında həqiqətən də, təhsilin vəziyyətini yaxşılaşdırmaq və auditoriyalardakı dərsləri ümumiləşdirmək, Baloniya sistemindəki qüsurları ortaya çıxardacaqsa kameraların quraşdırılması yaxşı haldır.
İkinci halın öyrənilməsi üçün kameraların quraşdırılmasından başqa yollarda var. Bunlardan bir digəri mühazirələrin müayinədən keçirilməsidir. Mühazirələrin standartlara uyğunluğu məsələsidir. Amma bunu kim yoxlayacaq? Mənim fikrimcə, kameraların quraşdırılması yaxşı məqsədlə olsa belə, narazılıq yaradacaq.”

Ələsgər Məmmədli: Universitetdə olan təhlükəsizlik kamerası əməliyyat-axtarış xarakterli deyil və ona görə də qanunsuz sayılır.

Hüquqşünas Ələsgər Məmmədli də bu məsələyə münasibətini bildirdi:  “Konstitutsiyanın 32-ci maddəsi özəl həyata müdaxilənin qanunsuz hesab olunmasına dair kameralardan istifadəni qadağan edir. Bundan sonra 5 qanuna dəyişiklik olub. Bu qanunların hər birində istisna nəzərdə tutulub. Burada istisnalar əməliyyat-axtarış tədbirləri baxımındandır. Amma universitetdə olan təhlükəsizlik kamerası əməliyyat-axtarış xarakterli deyil və ona görə də qanunsuz sayılır.”
 

Əfsələddin Ağalarov

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Səsvermə günü məntəqələrin cəmi 10 faizində veb-kameralar quraşdırılacaq

Səsvermə günü məntəqələrin cəmi 10 faizində veb-kameralar quraşdırılacaq

18-10-2010
Seçki məntəqələrində veb-kameralar quraşdırılıb

Seçki məntəqələrində veb-kameralar quraşdırılıb

09-09-2016
Məzahir Pənahov və Əli Abbasov bir arada

Məzahir Pənahov və Əli Abbasov bir arada

04-11-2010
Seçki məntəqələrində veb-kameraların quraşdırılması işləri başa çatıb

Seçki məntəqələrində veb-kameraların quraşdırılması işləri başa çatıb

21-10-2015
Veb-kameralar seçkidə şəffaflığı təmin edəcək

Veb-kameralar seçkidə şəffaflığı təmin edəcək

09-10-2015
Metroda təhlükəsizlik kameralarının sayı artırılır

Metroda təhlükəsizlik kameralarının sayı artırılır

28-10-2010
Ekspert: Seçkilərdə texnologiyaların tətbiqi şəffaflığın təmin edilməsində mühüm rol oynayır

Ekspert: Seçkilərdə texnologiyaların tətbiqi şəffaflığın təmin edilməsində mühüm rol oynayır

21-01-2020
Seçki günü veb kameralar qüsursuz işləyəcək

Seçki günü veb kameralar qüsursuz işləyəcək

03-11-2010
MSK-da veb-kameralara texniki nəzarət mərkəzinə baxış keçirilib

MSK-da veb-kameralara texniki nəzarət mərkəzinə baxış keçirilib

05-02-2020
Bakıda 20 məktəbə kameralar quraşdırılacaq

Bakıda 20 məktəbə kameralar quraşdırılacaq

14-02-2009
Seçiklərlə bağlı veb-kameraların sayı niyə artırılmır?

Seçiklərlə bağlı veb-kameraların sayı niyə artırılmır?

28-03-2018
Bu kamera insanları siluetindən tanıyacaq

Bu kamera insanları siluetindən tanıyacaq

23-08-2019
Bakı Metropolitenindəki müşahidə kameralarının sayı artırılır

Bakı Metropolitenindəki müşahidə kameralarının sayı artırılır

16-11-2010
“Seçkilər veb-kameralarla izləniləcək”

“Seçkilər veb-kameralarla izləniləcək”

23-09-2015
MSK-da veb-kameralara texniki nəzarət mərkəzinə baxış keçirilib

MSK-da veb-kameralara texniki nəzarət mərkəzinə baxış keçirilib

31-01-2024
Osman Gündüz: Seçki prosesində rəqəmsal transformasiyalar üzrə yeniliklər edilib

Osman Gündüz: Seçki prosesində rəqəmsal transformasiyalar üzrə yeniliklər edilib

18-01-2024
Səsvermənin gedişini onlayn izləmək olar

Səsvermənin gedişini onlayn izləmək olar

01-11-2015
Veb-kameralarla şəxsi təhlükəsizliyi  necə təmin etmək olar?

Veb-kameralarla şəxsi təhlükəsizliyi necə təmin etmək olar?

26-11-2015
Təcili tibbi yardım maşınlarına kameralar quraşdırılacaq

Təcili tibbi yardım maşınlarına kameralar quraşdırılacaq

06-01-2017
Televizorda Skype video-zənglərini necə etmək olar?

Televizorda Skype video-zənglərini necə etmək olar?

12-11-2015
“Veb-kamera”lar sınaqdan keçirilib

“Veb-kamera”lar sınaqdan keçirilib

31-10-2010
Seçki məntəqələrində veb-kameralar quraşdırılıb

Seçki məntəqələrində veb-kameralar quraşdırılıb

05-10-2015
 Hər kəs seçki prosesini onlayn  izləyə biləcək

Hər kəs seçki prosesini onlayn izləyə biləcək

22-09-2016
Azərbaycanda respublika əhəmiyyətli avtomobil magistrallarında videomüşahidə sistemi yaradılacaq

Azərbaycanda respublika əhəmiyyətli avtomobil magistrallarında videomüşahidə sistemi yaradılacaq

07-12-2010





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə