İnformasiya texnologiyalarının sürətli inkişafı informasiya bolluğuna səbəb olur ki, bu da Big Data (böyük verilənlər) problemlərini aktuallaşdırır. İnternet-reklam bazarında Big Data-dan istifadə işin səmərəliliyinin yüksəldilməsi baxımından vacibdir.
Xeberler.az-ın məlumatına görə, bu barədə AMEA İnformasiya Texnologiyaları İnstitutunun Multimedia Resursları sektorunun rəhbəri Kəmalə Haşımova “Big Data-nın internet-reklam problemlərinin həllində rolu” adlı məruzə ilə çıxışı zamanı bildirib.
O, internet-reklamın növləri, saytlar və sosial şəbəkələrdə reklam, veb-səhifənin konsepsiyasının hazırlanması və həyata keçirilməsi, Big Data ilə reklamın qarşılıqlı əlaqəsi haqqında məlumat verərək internetdə yayılan reklamların müxtəlifliyi və bu sahədə Big Data-nın rolunun vacibliyindən danışıb.
Sektor müdiri veb-səhifənin effektivliyinin qiymətləndirilməsinin veb-səhifəyə müraciətlərin sayı, istifadəçi tezliyinin günlük statistikası, ziyarətçilərin sayı və digər amillərdən asılı olduğunu qeyd edib.
“Təcrübə göstərir ki, Big Data-dan istifadə internet-reklam problemlərinin həllində mühüm rol oynayır. Böyük verilənlərlə iş zamanı düzgün strategiyanın seçilməsi və innovativ texnologiyalardan istifadə zəruridir”, – deyə K.Haşımova bildirib.
Big Data-nın marketinqdə tətbiqi şirkət sahiblərinə öz müştərilərini daha yaxşı tanımaq, onların məmnunluq səviyyəsini qiymətləndirmək, internetə analoji auditoriyanı cəlb etmək və s. üçün geniş imkanlar təqdim edir.
Məltəm Talıbzadə
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri