Previous Next
Bağla

AzScienceNet vasitəsilə onlayn marketinq saytlarına olan müraciətlər təhlil edilib

03-11-2020 20:01
AzScienceNet vasitəsilə onlayn marketinq saytlarına olan müraciətlər təhlil edilib

Xeberler.az bildirir ki, AMEA İnformasiya Texnologiyaları İnstitutunda 18 saylı şöbənin “AzScienceNet korporativ şəbəkəsi vasitəsilə onlayn marketinq saytlarına olan müraciətlərin təhlili və brend məhsullara münasibət” mövzusuna həsr olunmuş onlayn elmi seminarı keçirildi.

Məruzəni təqdim edən institutun əməkdaşı Kəmalə Haşımova brend fəaliyyəti, İnternet mühitində reklam-marketinq barədə ətraflı məlumat verdi. Reklam kampaniyasının səmərəliliyinə imic və birbaşa reklamın təsiri, istehlak bazarının coğrafi seqmentasiyası, demoqrafik seqmentasiya, davranış seqmentasiyasından söz açdı.

O, istehlakçıların fərdiliyi və həyat tərzinə görə təsnifləşdirmə sistemlərindən biri olan VALS metodunun (Values and Lifestyles – Dəyərlər və həyat tərzi) əhəmiyyətindən bəhs etdi. Bildirdi ki, bu metod potensial müştərini intellekt səviyyəsi, özünə əminlik, həyat enerjisinə sahib olma, liderlik bacarığı, qürrələnmə, impulsiv davranış, ətraf mühitə yenilikçi baxış, innovasiyalara açıq olma kimi psixoloji xüsusiyyətlərinə görə seqmentləşdirməyə imkan verir.

“Bazar iqtisadiyyatının formalaşmasında İnternet-reklamın düzgün təşkili vacib şərtdir”, – deyə bildirən K.Haşımova Azərbaycan İnternet məkanında reklam və marketinqin sürətli inkişafından və bu prosesin müsbət nəticələrindən danışdı. AzScienceNet korporativ şəbəkəsində 2019-cu ilin dekabr ayı üçün veb-saytlara olan müraciətlər, 1 ay və gün ərzində, həftənin günlərinə və günün saatlarına görə populyar saytlara olan müraciətlər barədə statistikanı təqdim etdi.

Sonda mövzu ətrafında fikir mübadiləsi aparıldı, suallar cavablandırıldı.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

İnternet-reklamda hansı proqramlardan istifadə edilir?

12-05-2017

İnformasiya Texnologiyaları İnstitutunda elmi seminar keçirilib

24-12-2024

İnternet-reklam marketinq sahəsində nələrə diqqət edilməlidir?

11-03-2017

“Big Data internet-reklam probleminin həllində mühüm rol oynayır”

02-02-2016

AzScienceNet -də VPN texnologiyası ilə bağlı seminar keçirilib

11-05-2016

Gizli sosial şəbəkələrin aşkarlanması müzakirə edilib

28-10-2016

Dövlət Xidmətində “Reklam və Marketinq Sahəsinin İnkişafına Dəstək" İctimai Birliyinin üzvləri ilə görüş keçirilib

24-09-2024

İnternetdə reklam-marketinqlə bağlı yeni metod hazırlanır

22-02-2016

E-kitabxana sistemlərinin təhlükəsizliyi müzakirə edilib

04-04-2016

İT üzrə ən müasir terminlər araşdırılır

01-05-2018

10 ali təhsil müəssisə AzScienceNet-ə qoşuldu

02-06-2017

İT-nin çoxaspektli problemləri araşdırılır

10-02-2017

“AzScienceNet: mövcud vəziyyəti, imkanları və inkişaf perspektivləri” müzakirə olunacaq

29-03-2015

İnformasiya Texnologiyaları İnstitutu Xantaro şirkəti ilə əlaqələr qurur

29-03-2019

Bu instituta AzScienceNet-in virtual maşınlarından istifadə hüququ verildi

24-10-2017

AzScienceNet şəbəkəsi təkmilləşdirilir

01-10-2015

AzScienceNet şəbəkəsində Grid sistemi yaradılır

22-04-2016

Mobil reklam bazarının həcmi artıb

02-09-2015

Təhsil müəssisələri AMEA-nın Wi-Fi şəbəkəsindən istifadə edəcək

14-04-2017

İnformasiya Texnologiyaları İnstitutunda Elmi Şuranın iclası keçirilib

20-04-2012

AzScienceCert-in fəaliyyəti genişləndirilir

09-02-2016

Tibbi veb-saytların problemləri araşdırılıb

19-05-2016

Multimedia Qalereyasının maddi-texniki bazası gücləndirilir

25-02-2016

İnformasiya Texnologiyaları İnstitutu hosting xidməti göstərir

04-01-2013





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə