Previous Next
Bağla

İnternet-reklamda hansı proqramlardan istifadə edilir?

12-05-2017 11:10
İnternet-reklamda hansı proqramlardan istifadə edilir?

AMEA İnformasiya Texnologiyaları İnstitutunda “İnternet-reklam marketinq məlumatlarının analizi üçün bəzi proqram təminatları” mövzusuna həsr olunmuş növbəti elmi seminarı keçirilib.

Xeberler.az-ın məlumatına görə, məruzəni təqdim edən institutun sektor müdiri Kəmalə Haşımova proqram təminatının bir çox sahələrlə yanaşı, İnternet-reklam-marketinqdə də geniş tətbiq olunduğunu bildirib.

İnternet-reklam marketinq məlumatlarının analizi üçün müxtəlif metodlardan istifadə olunduğunu söyləyən məruzəçi respondentlə şəxsi dialoq yolu ilə keçirilən sorğu barədə məlumat verib. Sorğuların keçirilməsi və planlaşdırılması mərhələsində kompüter texnologiyalarından istifadə olunduğunu diqqətə çatdırıb.

“Veb mühitdə yerləşdirilən interaktiv məhsulu ünvanlı edə bilmək üçün müxtəlif insan qruplarının maraq dairələri və təlabatı  analiz edilməlidir”, – deyə bildirən K.Haşımova bu məqsədlə potensial müştərilərin hansı sosial, intellektual və iqtisadi təbəqəyə aid olduğunun araşdırılmasının zəruriliyini vurğulayıb.

Onun sözlərinə görə, sorğuların planlaşdırılması zamanı əsasən Pulse Train şirkətinin “Visual QSL” sistemindən istifadə olunur.

Məruzəçi, həmçinin İnternet-reklam marketinqdə istifadəçi sorğularının analizi üçün proqram təminatları barədə məlumat verib. O, reklam müdaxiləsinin dəqiq metodu və proqram vasitələrinin köməyi ilə reklam kampaniyasının effektivliyinin qiymətləndirilməsi üsullarından danışıb.

K.Haşımova veb-səhifələrin qiymətləndirilməsi üçün “Search Engine Optimization” alətindən istifadə olunduğunu bildirərək bu alətin iki istiqamətdə (səhifənin optimallaşdırılması, dizaynının yaxşılaşdırılması, istifadə imkanlarının genişləndirilməsi və səhifə haqqında məlumatların digər vasitələr daxilində yayılması) təsir göstərdiyini diqqətə çatdırdı.

İnternet-reklam üçün istifadə olunan ödənişsiz proqramlardan söz açan K.Haşımova bu məqsədlə funksional baxımdan məhdudiyyətsiz olan Adware lisenziyalı proqramlardan istifadənin mümkün olduğunu bildirib. O,  qeyd edib ki, bu proqramların çatışmazlığı kimi proqram daxilində reklamların yerləşdirilməsini göstərmək olar.

Sonda məruzəçi bildirib ki, elektron ticarətin müvəffəqiyyətlə həyata keçirilməsi üçün İnternet-reklam işlərinin səmərəli təşkil olunması zəruridir.

Günel

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
“Big Data internet-reklam probleminin  həllində mühüm rol oynayır”

“Big Data internet-reklam probleminin həllində mühüm rol oynayır”

02-02-2016
İnternet-reklam marketinq sahəsində nələrə diqqət edilməlidir?

İnternet-reklam marketinq sahəsində nələrə diqqət edilməlidir?

11-03-2017
AzScienceNet vasitəsilə onlayn marketinq saytlarına olan müraciətlər təhlil edilib

AzScienceNet vasitəsilə onlayn marketinq saytlarına olan müraciətlər təhlil edilib

03-11-2020
İnformasiya Texnologiyaları İnstitutunda elmi seminar keçirilib

İnformasiya Texnologiyaları İnstitutunda elmi seminar keçirilib

24-12-2024
İnternetdə reklam-marketinqlə bağlı yeni metod hazırlanır

İnternetdə reklam-marketinqlə bağlı yeni metod hazırlanır

22-02-2016
Proqram təminatını sərfəli qiymətə necə əldə etməli?

Proqram təminatını sərfəli qiymətə necə əldə etməli?

12-05-2017
Bakıda reklam festivalı keçiriləcək

Bakıda reklam festivalı keçiriləcək

18-03-2011
Proqram mühəndisliyi ilə bağlı problemlər müzakirə edilib

Proqram mühəndisliyi ilə bağlı problemlər müzakirə edilib

24-10-2016
Gizli sosial şəbəkələrin aşkarlanması müzakirə edilib

Gizli sosial şəbəkələrin aşkarlanması müzakirə edilib

28-10-2016
“E-kitabxanalarda bulud texnologiyalardan geniş istifadə  edilir”

“E-kitabxanalarda bulud texnologiyalardan geniş istifadə edilir”

08-04-2016
Bakıda proqram mühəndisliyi ilə bağlı konfrans keçiriləcək

Bakıda proqram mühəndisliyi ilə bağlı konfrans keçiriləcək

15-05-2017
 Reklam şirkətləri YouTube-dan niyə narazıdır?

Reklam şirkətləri YouTube-dan niyə narazıdır?

09-09-2015
Mobil tətbiqlər reklam daşıyıcısı hesab olunacaq

Mobil tətbiqlər reklam daşıyıcısı hesab olunacaq

04-02-2025
Zərərli proqram təminatının aşkarlanması tədqiqatının nəticələri açıqlanıb

Zərərli proqram təminatının aşkarlanması tədqiqatının nəticələri açıqlanıb

21-10-2025
Kibersuveren dövlətin formalaşdırılması üzrə konseptual yanaşmalar işlənilir

Kibersuveren dövlətin formalaşdırılması üzrə konseptual yanaşmalar işlənilir

03-07-2025
Reklam daşıyıcısı olan rəqəmsal platformalarda reklam şərtləri müəyyənləşir

Reklam daşıyıcısı olan rəqəmsal platformalarda reklam şərtləri müəyyənləşir

04-02-2025
İnternetdə terrorizmin aşkarlanması metodu müzakirə edilib

İnternetdə terrorizmin aşkarlanması metodu müzakirə edilib

07-07-2017
Elmi jurnalın saytı necə işlənilməlidir?

Elmi jurnalın saytı necə işlənilməlidir?

29-09-2017
AzScienceNet -də VPN texnologiyası ilə bağlı seminar keçirilib

AzScienceNet -də VPN texnologiyası ilə bağlı seminar keçirilib

11-05-2016
Proqram sistemlərinin keyfiyyət göstəriciləri tədqiq ediləcək

Proqram sistemlərinin keyfiyyət göstəriciləri tədqiq ediləcək

18-02-2025
Microsoftun yeni brauzeri Google -un reklam strategiyasına zərbə vura bilər

Microsoftun yeni brauzeri Google -un reklam strategiyasına zərbə vura bilər

29-08-2008
İnklüziv təhsildə İKT-dən istifadə məsələləri müzakirə olunub

İnklüziv təhsildə İKT-dən istifadə məsələləri müzakirə olunub

23-10-2019
Tibbi  veb-saytların problemləri araşdırılıb

Tibbi veb-saytların problemləri araşdırılıb

19-05-2016
Reklam blok edən proqramların sayı artır

Reklam blok edən proqramların sayı artır

19-10-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə