Cefri Hinton: Süni intellekt biznes rəqabətini “silah yarışı”na çevirib

03-12-2024 / 15:06

Süni intellektin (AI) inkişafı sahəsində şirkətlər arasında artan rəqabət silah yarışına çevrilir.

Xeberler.az məlumat verir ki, bu sözləri fizika üzrə Nobel mükafatı laureatı Cefri Hinton “Yomiuri” nəşrinə müsahibəsində deyib.

“Kommersiya şirkətləri rəqabət aparanda təhlükəsizlik arxa plana keçir. Bu, həqiqətən də silah yarışıdır”, - deyə Hinton hesab edir.

Onun hesablamalarına görə, 20 il ərzində insan qabiliyyətini üstələyən süni intellektin yaradılması ehtimalı 50 faizdir. “Biz süni intellektin bəşəriyyətə hakim olması ehtimalını ciddi şəkildə nəzərdən keçirməliyik”, - deyə alim vurğulayıb.

Eyni zamanda qeyd edilir ki, süni intellekt sahəsində nailiyyətlər tibdə yanlış diaqnozların sayını iki dəfə azaltmağa, həmçinin yeni dərmanların işlənib-hazırlanmasını sürətləndirməyə imkan verəcək.

Hinton hesab edir ki, şirkətlər hazırda süni intellekti inkişaf etdirərkən təhlükəsizliyi təmin etmək üçün kifayət qədər hesablama gücü və pul sərf etmirlər. Onun məlumatına görə, hazırda təxminən 1 faiz sərf edilir. O, süni intellekt tərtibatçılarını texnologiyanın inkişafı zamanı təhlükəsizliyi təmin etmək üçün 30 dəfə daha çox güc ayırmağa məcbur edən qanunu hazırlamağa və qəbul etməyə çağırıb.

Ceffri Hinton 2024-cü ildə neyron şəbəkələrinin maşın öyrənilməsi sahəsində tədqiqatlarına görə fizika üzrə Nobel mükafatını alıb.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə