“Bloomberg” Azərbaycan prezidenti ilə bağlı yol verdiyi yanlışlığa görə üzr istəyib

18-02-2011 / 15:03

Bloomberg agentliyi Azərbaycan prezidentinin mətbuat xidmətinə üzrxahlıq məktubu göndərib.

Məktubda deyilir: “Hörmətli cənablar! Bildiyiniz kimi, bu gün “Bloomberg News”da baş vermiş texniki qüsur nəticəsində veb səhifəmizdə dərc olunmuş məqalədə Prezident İlham Əliyevin fotoşəkilinin altında yanlış sərlövhə getmişdir. Bu sərlövhə səhv olaraq bizim digər Əliyev soyadlı şəxsə - Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin rəsmisi Vaqif Əliyevə istinad etdiyimiz neft və təbii qazla bağlı əvvəllər dərc etdiyimiz məqalədən götürülüb. Problem artıq aradan qaldırılıb və biz bu problemin doğurduğu hər hansı anlaşılmazlıq və narahatlığa görə üzr istəyirik”. 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə