BMU-nun komandası “JunctionX Baku 2024” hakatonunda qalib olub

18-10-2024 / 16:37

Bakı Mühəndislik Universitetinin (BMU) kompüter elmləri ixtisasının 3-cü kurs tələbəsi Həsən Abbasov və proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasının builki məzunu Niyyət Rzayevin təmsil olunduğu “A4TB” komandası “Yaşıl iqtisadiyyatda süni intellekt” mövzusunda keçirilən “JunctionX Baku 2024” hakatonunda “Urban Climate resiliance challnge” üzrə ilk yeri tutub.

Xeberler.az məlumat verir ki,  bu barədə BMU-dan bildirilib. Azərbaycanda ilk dəfə təşkil edilən bu tədbir qlobal “Junction” hakaton hərəkatının bir hissəsidir və gənc texnologiya həvəskarları arasında innovasiyaları təşviq edir. COP29-a uyğun olaraq şəhər iqlim dözümlülüyü, emissiyaların azaldılması və dövri iqtisadiyyat texnologiyaları istiqamətlərini əhatə edən hakatona 100-dən çox tələbə qatılıb və 41 komanda süni intellektdən istifadə edərək ekoloji problemlərin həllinə yönəlmiş layihələr hazırlayıb. Yekun olaraq hazırladıqları layihə ilə “A4TB”, “Black Team” və “Evergreen”komandaları qalib adını qazanıblar.

“A4TB” komandasının innovativ süni intellektlə işləyən mobil tətbiqi Lesgo şəhər hərəkətliliyində inqilab etmək və iqlim dəyişikliyi ilə mübarizə aparmaq məqsədilə ərsəyə gəlmiş bir layihədir.

Qeyd edək ki, BMU tələbələrinin təmsil olunduğu komanda bu ay, həmçinin “Azərkosmos” və “Codelandia” Akademiyanın birgə təşkilatçılığı ilə keçirilən “GeoPark Innovate Hackathon: Milli Parklarda Rəqəmsal İnnovasiyalar" hakatonunda 3-cü yeri qazanıb.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə