2017-ci ilə bizə bir çox yeni xidmət və texnologiya verdiyinə baxmayaraq bir çoxları da həyatımızdan çıxdı.
Xeberler.az xarici mediaya istinadən 2017-ci ildə yolun sonun gələn texnologiya və xidmətlərin siyahısını təqdim edir:
Lily Drone
2015-ci ildə istifadəçini izləmək üçün yaradılan dron Lily 60 min istifadəçidən əvvəlcədən sifariş almasına baxmayaraq uğur qazana bilmədi.
3D televizorları
Son illərdə məşhur olan 3D televizorları da 2017-ci ilə vidalaşdığımız texnologiyalardır.
iPod Nano ve Shuffle
Təqdim edildikləri vaxt böyük marağa səbəb olab IPod Nano, Shuffle da uğur qazana bilmədi. Qeyd edək ki, bu il yalnız iPod Touch məhsullarının satışı davam etdi.
Yik Yak
2013-cü ildə yaradılan anonim sosial şəbəkə Yik Yak bu il yolun sonuna gəldi. Bağlandığı günə qədər 73 milyon dollarlıq bir sərmayə almağı bacaran Yik Yak 400 milyon dollar səviyyəsinə çatdı.
Vertu
1998-ci ildə Vertu Nokia-nın bir qolu olaraq ortaya çıxdı və istehsal etdiyi lüks telefon modelləri ilə diqqət çəkə bildi. Mart ayında Hakan Uzan tərəfindən satın alınan Vertu 2017-ci ilin sonunda zavodunu bağladı.
Jawbone
Bir müddət Fitbit ilə birlikdə ən məşhur ağıllı biləkliklərdən olan Jawbone iyul ayında istehsalı dayandırmağa qərar verdi.
AOL Instant Messenger
AOL Instant Messenger 1997-ci ildə başlayan səfərini bu il başa çatdırdı.
Net Neutrality
Son zamanlarda geniş müzakirələrə səbəb olan Net Neutrality Federal Communications Commission (FCC) tərəfindən qadağan edildi.
NES Classic Edition
Oyun dünyasında ən çox ikonik məhsullardan biri olan NES Classic Editio 2017-ci ildə yolun sonuna gəldi.
Nintendo NES Classic Edition konsolunun istehsalını apreldə dayandırdı.
Günel
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri